Daxili Qoşunlardan istefa verən xanım polkovnik danışdı - ÖZƏL
Bizi izləyin

Nida.az

Daxili Qoşunlardan istefa verən xanım polkovnik danışdı - ÖZƏL


“Mən istefa verməmişəm, sadəcə tərxis olunmuşam. Amma götürüb yazıblar ki, istefa verdi”. Bu barədə Daxili Qoşunların mətbuat xidməti vəzifəsindən gedən Təranə Məmmədova Publika.Az -a açıqlamasında bildirib. T. Məmmədova deyib ki, 21 il Daxili Qoşunlarda xidmət edib: “Daha bəsdir deyə düşünürəm. İndi daha rahat işdə çalışmaq istəyirəm”.

T. Məmmədova qeyd edib ki, işdən getməsini özü istəyib. “Öz istəyimlə ərizəmi yazmışam və tərxs olunmuşam. Tərxis olunmağımla bağlı əmr verilib. Guya mənim nəyəsə görə getdiyim haqqında gəzən söhbətlər boş şeylərdir. Mən kiməsə görə işdən getməmişəm, sadəcə vaxt tamam olub, tərxis olunmuşam. Daxili Qoşunların yeni komandanı ilə 21 il bir yerdə işləmişəm. Orda çox gözəl kollektiv var. Məni də böyük hörmətlə yola çaldılar”-deyə o bildirib.

Qeyd edib ki, bir aylıq məzuniyyətə çıxıbmış, bir neçə gündür məzuniyyəti başa çatıb: “Yeni işim də olacaq. Amma tam tərxis olunmadan açıqlamaq istəmirəm. Yaxın günlərdə yeni işim məlum olacaq, o zaman açıqlayacam”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm