• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Eldar Namazovun müavini təşkilatını bağladı

  • Nida.az
  • 27 Fevral 2014 17:30
  • 334 Baxış
Eldar Namazovun müavini təşkilatını bağladı



Azəri-Talış ictimai Birliyi (ATİB) fəaliyyətini dondurub.Bu barədə birliyin sədri Mehdibəy Səfərov Publika.Az -a məlumata verib. O buna səbəb kimi dövlət qeydiyyatlarının olmamasını göstərib: “17 noyabr 2012-ci il tarixindən etibarən dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə müraciətlər etmişik. Lakin heç bir əsaslı səbəb göstərmədən hər dəfə birliyi dövlət qeydiyyatına almaqdan imtina ediblər. Hüquqlarımızı bərpa etmək məqsədi ilə uzun-uzadı məhkəmə çəkişmələrinə çıxmışıq.

Belə ki, indiyə kimi nə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsi, nə də ki, Bakı Apellasiya məhkəməsi ATİB-nin dövlət qeydiyyatı ilə bağlı iddialarını təmin etməmişdir! Məcburiyyət qaşısında qalaraq, AR Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmişik. Hüquqi tərəfdən dövlət qeydiyyatına alınmadığına görə hazırda ATİB-nin səmərəli və məqsədyönlü fəaliyyət göstərməsini qeyri-mümkün sayırıq!”.

M. Səfərov qeyd edib ki, son məhkəmə instansiyasının qərarı elan edilənə qədər birliyin bütün strukturlarının-İdarə Heyətinin, Təşkilat şöbəsi və Gənclər Təşkilatının fəaliyyəti müvəqqəti olaraq dondurulur.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR