YAP-dan amerikalı həmsədrə sərt təpki
Bizi izləyin

Nida.az

YAP-dan amerikalı həmsədrə sərt təpki


“Cənab Ceyms Uorlik, bir gecədə bir şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən Yer üzündən silinməsindən xəbəriniz varmı?”.

Publika.Az -a xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Minsk qrupunun amerikalı həmsədrli Ceyms Uorlikin Azərbaycan və Ermənistana tolerant olmağa çağırışına münasibət bildirərkən deyib. A. Mirzəzadə amerikalı həmsədrli bu mövqeyinə görə tənqid edib.

“Mən ABŞ diplomatına sual yönləndirmək istəyirəm: onun Xocalı faciəsindən, Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarında vəhşiliklərindən xəbəri varmı, bu məsul posta təyin olunmamışdan Dağlıq Qarabağ konfliktinin səbəbləri barəsində hansısa bir məlumatlarla tanış olubmu? Eyni zamanda bilmək istəyirəm ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxladığı və bu ərazilərdən 1 milyon 200 min nəfər qaçqının mövcud olduğu halda tolerantlıq necə baş verir?”-deyə YAP-çı millət vəkili bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “Tvitter” səhifəsində 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrini xatırladıb və Azərbaycanı və Ermənistanı tolerant olmağa çağırıb: “Biz də Sumqayıt hadisələrini xatırlayırıq. Həm Azərbaycan həm də Ermənistan tolerantlıq, inam və insanların inkişafını nəzərdə tutan proqramları dəstəkləməlidir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm