Arif Hacılı Qurban Məmmədovu ittiham etdi
Bizi izləyin

Nida.az

Arif Hacılı Qurban Məmmədovu ittiham etdi

Arif Hacılı Qurban Məmmədovu ittiham etdi

Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı hazırda həbsdə olan hüquqşünas Qurban Məmmədovu Müsavata və onun başqanı İsa Qəmbərə qarşı kampaniya aparmaqda ittiham edib.

Publika.az xəbər verir ki, A. Hacılı “facebook” səhifəsində Q. Məmmədovun 2005-ci il parlament seçkiləri ilə bağlı “Məndən və ailəmdən başqa (biz təbii ki, İsa bəyə səs verdik), həyətimizdəki 74 ailənin 60-65-i Adil Əliyevə səs verdi.

Qalanları da Aslan İsmayılova” açıqlamasına münasibət bildirərkən deyib ki, görəsən Qurban bəy gizli seçkilərin nəticələrini bu qədər dəqiqliklə haradan bilir?

“Belə nəticənin səbəbini də bir neçə gəncin həmin həyətə gələrək seçiciləri polis bölməsinin rəisinə səs verməyə çağırmaları , buklet paylamaları ilə izah edir.

Qurban bəy doğrudanmı belə hörmətsiz adamdır ki, onun yaşadığı həyətin seçiciləri onun müdafiə etdiyi, iki il əvvəl Azərbaycan Prezidenti seçilmiş namizədə deyil, bir iki gəncin bir neçə dəfə bu həyətə gəlməsi ilə polis bölməsi rəisinə səs versin?!

Hörmətli hüquqşünas Müsavat partiyasına, onun başqanına qarşı təbliğat kampaniyasina o qədər aludə olub ki, o zaman üzvü olduğu "Azadlıq" blokunun 2005-ci il parlament seçkilərinin azad və ədalətli olmaması barədə qərarını, xüsusilə Avropa İnsan Haqları Məhkəməsinin konkret olaraq 20 Saylı Nərimanov seçki dairəsində seçkilərin nəticələrinin saxtalaşdırılması barədə hökmünü nəzərə almadan Adil Əliyevi xalq tərəfindən seçilmiş həqiqi millət vəkili adlandırır”-deyə Müsavat rəsmisi qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm