• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Aslan İsmayılov Tağı Əhmədovun müdafiəsinə qalxdı

  • Nida.az
  • 28 Fevral 2014 11:15
  • 2 887 Baxış
Aslan İsmayılov Tağı Əhmədovun müdafiəsinə qalxdı

Tanınmış vəkil, müxalif mövqeyi ilə seçilən Aslan İsmayılov dünən vəzifəsindən çıxarılan Tağı Əhmədovun müdafiə edib.

Tanınmış vəkil, müxalif mövqeyi ilə tanınan Aslan İsmayılov Bakı Metropolitenin rəisi vəzifəsindən çıxarılan Tağı Əhmədovu müdafiə edib.

Publika.Az xəbər verir ki, A. İsmayılov sosial şəbəkələrdə T. Əhmədovun işdən çıxarılmasına sevinənləri qınayıb: “Tağı Əhmədovun vəzifəsindən kənarlaşdırılmasını sosial şəbəkələrdə toy bayram edənləri başa düşməkdə çətinlik çəkirəm.

Bir çox ölkələrdə Nazirlər Kabinetini ildə bir dəfə dəyişirlər, Ukraynada bütün sistemi dəyişdilər sanki burada da oxşar hadisə baş verib. Azərbaycan məmurlarını az çox tanıdığımdan deyə bilərəm ki, Tağı Əhmədov işlədiyi sahəni bilən çox az məmurlardan biri idi.

Şəxsən tanımasam da bildiyim qədər metropoliten sahəsində sıravi maşinistdən rəhbər vəzifəsinə qədər, əziyyət çəkərək, bütün pillələri keçib. Bütün təsərrüfat sahələrində ən mürəkkəb və dəqiq iş qaydası tələb olunmasına baxmayaraq, metropolitenin digər sahələrlə müqayisədə heç də ən pisi olmasını düşünmürəm.

İnsan kimi zahiri davranışında nə qədər kobud olsa da, daxilən zəngin insan olmasını iştirak etdiyim çoxsaylı mədəni tədbirlərdə görmüşəm.

Telekanallarda ədəbi müzakirələr zamanı onun çıxışını dinləyənlər ədəbi mühiti yaxşı bilməsini dana bilməzlər.

Başlıcası, onun vəzifəsindən kənarlaşdırılmasına, guya səbəb olan, müxbirlərlə kobud davranması da onun səmimiliyindən xəbər verir. Axı başqa məmurlar, heç bizi adam yerinə qoyub, müsahibə də vermirlər. Tağı Əhmədov isə müxbirlərlə ən çox ünsiyyətdə olan məmurlardan idi”.

A. İsmayılov qeyd edib ki, görünür insanlar məmurlardan o qədər narazıdırlar ki, heç bir təhlil aparmadan istənilən məmurun vəzifədən kənarlaşdırılmasına sevinirlər.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR