• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mir Şahin ANS-də gedən “nurçu” məsələsindən DANIŞDI

  • Nida.az
  • 28 Fevral 2014 11:37
  • 4 711 Baxış
Mir Şahin ANS-də gedən “nurçu” məsələsindən DANIŞDI

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev nurçuluqda adlarlı çəkilən millət vəkili Qənirə Paşayevanın və digər şəxslərin ANS-dən şikayətçi olmasına münasibət bildirib.

Vitse-prezident M.Ağayev Publika.Az-a açıqlamasında deyib: “Mənim bildiyimə görə Qənirə Paşayeva ANS-i məhkəməyə verəcəyi barədə hər hansı bəyanat verməyib. O, deyib ki, onun haqqında yalnış məlumat verən ilkin qaynaqları hüquq mühafizə orqanlarının köməyilə axtarmaq istəyir. Hesab edirəm ki, bu da onun haqqıdır”.

M.Ağayev həmçinin qeyd edib ki, efirdə adları çəkilən şəxslərin hər birinə mövqe bildirmək üçün müraciət olunub: “Efirə gedən həmin materialla mən tanışam. Orada adları çəkilən və təsvirləri göstərilən şəxslərin hər birinə müraciət olub.

Bu adamlar bu və ya digər səbəblərdən ya danışıblar, ya da danışmaq istəməyiblər. Müxbir də bu məlumatın efirə onların bildirdiyi və bildirmədiyi mövqelərlə getməsini təmin edib. Buna görə də kimlərinsə ANS-də hər hansı qərəz axtarmaq və güya məqsədli şəkildə bunu işıqlandırmasını düşünməyə heç bir əsas görmürəm. Jurnalist öz fəaliyyətini yerinə yetirib.

O ki, qaldı cəmiyyətdə mövcud olan bu və ya digər məsələnin aydınlaşmasına, adları çəkilən şəxslərin özləri maraqlı olmalıdır ki, onların barələrində yayılamış informasiyalara aydınlıq gətirilsin. Əgər onlar bu məlumatların aydınlaşdırılmasında maraqlı olmadıqlarını bu və ya digər şəkildə göstərirlərsə, buna görə mətbuatı günahlandırmaq doğru deyil”.

Xatirladaq ki, millət vəkili Qənirə Paşayeva nurçu təriqətinə bağlı olan millət vəkilləri haqda ANS-də gedən süjetdə adının hallanmasına AzNews.az-a açıqlamasında münasibət bildirərkən deyib: “ANS televiziyasının yoxlanılmadan, dəqiq mənbəyi olmadan bu məsələ ilə bağlı süjetdə mənim adımı hallandırmasına çox təəssüf edirəm. Bu cür absurd fikirləri cəmiyyətə təqdim edilməsinə həm də üzülürəm.

Heç bir təriqətin üzvü deyiləm və bu barədə də söhbət gedə bilməz. Məni tanıyanlar çox yaxşı bilir ki, belə iftiralar mənə yapışmaz. Bakıya qayıtdıqdan sonra bu məlumatın ilkin mənbəyi və bizim rəyimiz alınmadan məlumatın yayılması ilə bağlı məsələni ciddi araşdırıb, xəbəri yayanlarla bağlı hüquq çərçivəsində tədbirlər görəcəm.

Çünki hər hansı bir saytın və ya mənbənin doğru olmayan xəbərləri üzərindən belə bir reportajda adım hallandırılıb. Doğrudur, mənim bu xəbərləri təkzib etməyimlə bağlı mövqeyimi versələr də, bu cür fakta əsaslanmayan süjet məni ciddi şəkildə üzdü. Onu da qeyd edim ki, jurnalistika prinsipləri baxımından da bu, düzgün deyil. Mətbuat fakta əsaslanmayan, yoxlanılmamış məsələni yaya bilməz”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR