“Vəzifə əbədi deyil” – sabiq icra başçısı
Bizi izləyin

Nida.az

“Vəzifə əbədi deyil” – sabiq icra başçısı

“Vəzifə əbədi deyil” – sabiq icra başçısı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, sabiq millət vəkili və icra başçısı Musa Musayev Tağı Əhmədovun Bakı Metropoliteninin rəisi vəzifəsindən uzaqlaşdırılması ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama münasibət bildirib.

M.Musayev Publika.Az-a açıqlamasında qeyd edib ki, Tağı Əhmədovun YAP-da böyük xidmətləri olub: “Onun YAP-da böyük xidmətləri var. Tağı Əhmədov həm də gözəl dostdur. O, ulu öndər Heydər Əliyevi və prezidentmizi sevən insanlardan biridir.

Təbii ki, vəzifə bir gün verilirsə, bir gün də alınmalıdır. Vəzifə əbədi deyil, müvəqqətidir. Bunu təbii qəbul etmək lazımdır. Yəqin ki, Tağı müəllim də münasib bir işlə təmin olunacaq. O, metro sahəsində böyük işlər görüb, xidməti böyükdür.

Tağı müəllimin o danışıqları da onun ürəyi təmizliyindən irəli gəlir. İnsan var ki, ürəyində bir cür olur, dilində başqa cür. Ancaq Tağı müəllimin dilində nə varsa, ürəyində də odur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm