Krıma görə Türkiyə mitinqə başlayır - ÖZƏL
Bizi izləyin

Nida.az

Krıma görə Türkiyə mitinqə başlayır - ÖZƏL

Kırıma görə Türkiyə mitinqə başlayır


Krım diasporu Krımda baş verənlərə etiraz olaraq mitinq təyin ediblər. Bu barədə Publika.Az -a Krım Dərnəkləri Mərkəzinin üzvü Fethi Kurtiy Şahin məlumat verib. Onun sözlərinə görə, mitinq Ankarada martın 2-nə, saat 14:00-da keçiriləcək: “Bu mitinq Krımda tatarlara qarşı baş verənlərə, hüquq və insan haqlarının tapdanmasına etiraz mitinqidir. Səsimizi duyan hər kəsi Krıma dəstək verməyə dəvət edirik”.

F. Şahin qeyd edib ki, mitinqdə Krım tatar, Ukrayna və Türkiyə bayraqları ilə Krım Dərnəklərinin emblemlərindən başqa bayraq, plakat və emblem istifadə edilməyəcək”. O, Krımda baş verənlərdən olduqca narahat olduğunu dilə gətirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm