İsa Qəmbəri “kumir” bilən ailə AXCP-yə keçdi- İstefa
Bizi izləyin

Nida.az

İsa Qəmbəri “kumir” bilən ailə AXCP-yə keçdi- İstefa


Müsavat Partiyasından bütöv bir ailə-5 üzv-istefa verərək AXCP-yə keçib. Publika.Az xəbər verir ki, Müsavatın Suraxanı rayon təşkilatının qurucularından olan Mahmudov Rəhim Mahmud oğlu “Azadlıq” qəzetinin redaksiyasına gələrək ailəsi ilə birlikdə Müsavatdan istefa verdiklərini və mübarizəni AXCP sıralarında, Milli Şura çətiri altında aparacaqlarını bildirib.

O, 20 ildən artıqdır ki, bütün ailə üzvlərinin Müsavatın vəsiqəsini daşıdığını deyib: “Yaşadığımız ərazidə hər kəs bizi tanıyır və əqidəmizə, müxalifətçiliyimizə bələddilər. Atam 1-ci qrup əlildi, 78 yaşı var. Ancaq bu yaşlı adam da gecə-gündüz Müsavatın təbliğatı ilə məşğul olurdu. 2003-cü ildə İsa Qəmbərin seçkilərində öndə gedən, təzyiqlərlə üzləşən, onun namizədliyini müdafiə edənlərdən biri olmuşam.

Müsavat Milli Şuradan gedənə qədər, İsa Qəmbəri özümə “kumir” bilirdim. Biz başa düşürük ki, Milli Şuradan kənarda qələbə yoxdur. Əminəm ki, bunu İsa Qəmbər də bilir. Ona görə bütün ailəmiz Müsavatın addımını xəyanət kimi qiymətləndirir. Sabunçu rayonunda Müsavatın təşkilatlanmasında canımızı qoymuşuq. İndiki halda məlum olur ki, bizim əziyyətimiz, zəhmətimiz hədər imiş. Hansısa maddi maraqlar qarşılığında Milli Şuranı tərk etmək, insanların böyük ümidlərinə zərbə vurmaq bağışlanmazdır. Hələ bir müddət öncə bizə deyirdilər ki, Müsavat Milli Şuradan gedəcək. Biz isə inanmırdıq. Ancaq zaman göstərdi ki, öz şəxsi ambisiyaları üçün deyil, xalqın maraqları naminə mübarizə aparanlar Milli Şurada təmsil olunur”.

İsa Qəmbəri özünə “kumir” bilən müsavatçə bundan sonra mübarizələrinə AXCP sıralarında, Milli Şura çətiri altında davam edəcəklərini deyib.

“Biz müsavatçılıq ideyasına sadiqik.. Ancaq İsa Qəmbərin Müsavatı bizim üçün artıq yoxdur və partiya sıralarından istefa veririk. Fürsətdən istifadə edib bütün Suraxanı müsavatçılarını və Qarabağ qazilərini Milli Şura ətrafında birləşməyə, əsl mübarizə insanları ilə çiyin-çiyinə olmağa çağırıram”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm