Rəsul Quliyevin Azərbaycanda yeni nümayəndəsi kim olacaq?- Açıqlama
Bizi izləyin

Nida.az

Rəsul Quliyevin Azərbaycanda yeni nümayəndəsi kim olacaq?- Açıqlama


Rəsul Quliyevin Azərbaycanda rəsmi nümayəndəsi (sözçüsü) kimi çıxış edən Ağasif Şakiroğlu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri seçildi. Əvvəlki ehtimallar GAP-ın R. Quliyev tərəfindən yaradılması ilə bağlı olsa da, hər iki tərəf bunu təkzib etdi. Belə olduğu halda bir partiya sədrinin həm də R. Quliyevin nümayəndəsi olaraq fəaliyyət göstərməsi nə dərəcədə doğrudur?

Digər tərəfdən, əgər o nümayəndəlik statusunu itiribsə bu statusu kimin daşıyacağı da maraq doğurur.

Məsələ ilə bağlı danışan Publika.Az -a Ağasif Şakiroğlu bildirib ki, bu məsələ dopndurulmuş məsələlər sırasındadır: “Hələ ki məsələ açıq qalır. Çünki mən partiya sədriyəm. Bir partiya sədri, yaxud rəsmisi həmin statusu yerinə yetirə bilməz. Bu ən azından partiya üzvlərinə hörmətsizlik olar. Amma Rəsul Quliyevlə münasibətlərimiz də əladır. Buna görə də ümumiyyətlə nümayəndəlik məsələsini müzakirə etməmişik. Ola bilsin ki, qarşıdakı dövrdə bunun hansısa həll yolunu tapaq”.

A. Şakiroğlu qeyd edib ki, onun öz siyasi gedişləri olacaq: “Bu məsələ müstəqilik. Lakin Rəsul bəyə də böyük hörmətimiz var, ona görə nümayəndəlik məsələsi dondurulmuş vəziyyətdədir. Hansısa müzakirə olmadığından deyə bilmərəm ki, bu statusu başqası yerinə yetirəcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm