• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Elşən Musayev: “Gültəkin Hacıbəyli bunumu arzulayır bizə?”

  • Nida.az
  • 28 Fevral 2014 16:45
  • 1 199 Baxış
Elşən Musayev: “Gültəkin Hacıbəyli bunumu arzulayır bizə?”

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. Publika.az həmin yazını təqdim edir.


Heç yadımdan çıxmaz, təxminən səhv eləmirəmsə, 2005-in sonları idi. “Gülüstan” sarayında mövcud iqtidarın sabit və uğurlu inkişaf strategiyasından bəhs edən çox möhtəşəm bir kitabın təqdimat mərasiminə toplaşmışdıq. Təbii olaraq tədbirdə öncədən reqlament müəyyən olunmuşdu. Eyni zamanda çıxış edəcək insanların siyahısı. Əlqərəz, tədbir başladı. Və hamının gözü həmin tədbiri aparan xanımdadır... Adam o qədər gözəl danışır, o qədər bəlağətli bir nitq söyləyir ki, təsəvvür edin salonda qərarlaşan hər kəs səssiz bir formada sadəcə dinləyir. Həm də qeyri-adi bir maraq və həvəslə. Hətta xatırlayram, yanımda əyləşən və tədbirdə nitq söyləməsi nəzərdə tutulan insanlardan biri qəfildən acizanə görkəm alıb, yavaş səslə belə bir fikir söylədi: “Daha biz nə danışacağıq? Adam bu hakimiyyət haqqında ən gözəl, ən layiqli, ən möhtəşəm ifadələri işlətdi, ən tutarlı arqumentləri sadaladı. İndi ondan sonra mikrofon alıb sözmü demək olar?” Sonra da özü-özünə təsəlli verirmiş kimi qayıtdı :“Yox olmaz!”

Yaxşı bəs həmin o tədbiri aparan, eyni zamanda təmsil olunduğu iqtidarın uğurlarından durmadan, doymadan danışan və ən nəhayət bütün salonun diqqətini özünə cəlb etməyi bacaran bu xanım kim idi? – Azərbaycanın millət vəkili Gültəkin Hacıbəyli…Və həmin an eyni adlı mənzərənin, tablonun fonunda yəqin ki heç kim ehtimal belə etməzdi: Bir gün vaxt gələcək, aradan çox yox -beş il müddətincə qısa bir zaman kəsiyi ötəcək, bu xanım parlamentə seçilməyəcək və anındaca əsl sifətini, əsl simasını bəlli edəcək…

***

Dünən “Azadlıq”qəzetinin manşetinə baxarkən xanım Hacıbəylinin həmin çıxışını bir daha xatırlamış oldum. Xatırladim və çox-çox uzaqlara daldım. İnsan nə qədər dəyişərmiş. İnsan bu qədərmi dəyişərmiş? Həm də uzunluğu 20 eni isə 15 sm olan bir deputat mandatına görə. Və ya eks millət vəkili son dərəcə aqressiv bir müsahibə verib. Həm də düz 15 il boyunca təriflərə və xoş sözlərə sığdıra bilmədiyi mövcud iqtidarın əleyhinə. Başlıqsa belədir:“Ukrayna hadisələri Azərbaycan hakimiyyəti üçün əcəl zəngidir” Maraqlidir, deyilmi? Ələlxüsus da bu insanın timsalında. O insanın ki - artıq bütün söylədiklərində hikkə, eqo və qisas son dərəcə aydın bir formada hiss olunmaqdadır. Niyəsi bəlli olmasa da…

Gültəkin Hacıbəyli vermiş olduğu müsahibədə Azərbaycanla qonşu Ukraynanı müqayisə edib. Təbii ağlı kəsən qədər. Eyni zamanda müəyyən siyasi paralellər aparmaq cəhdində bulunub. Yenə də son dərəcə uğursuz bir formada. Adam deyir ki, Beynəlxalq Birliyin artıq Azərbaycanla bağlı konkret planları var və Ukraynada baş verən hadisələr tezliklə bizim də sərhədlərimizə yaxınlaşacaq. Amma necə yaxınlaşacaq, niyə yaxınlaşacaq, bunun təfsilatını vermir…

Əvvəla ondan başlayaq ki, Ukraynada baş verən proseslərin adı “inqilab” deyil, dövlət çevrilişidir. Birbaşa Qərbin və Avropadakı məlum qüvvələrin dəstəyi ilə. Hakimiyyət sivil seçki yolu ilə dəyişməyib - ən azından buna görə. İkincisi..Beynəlxalq Birliyin Azərbaycanla bağlı planlarından ağız dolusu danışan Hacıbəyli nə qəribdir ki, bütün müsahibə boyunca bir dəfə də olsun Azərbaycan xalqının, yəni öz vətəndaşının planlarından danışmır. Hətta Ukraynada baş verən proseslərin nəticəsini belə şərh edərkən yalnızca Beynəlxalq qurumların prinsipiallığından və qətiyyətindən dəm vurur. Qərbin kamikadzeləri də olsa

“Maydan”da tələf olan insanları görməzdən keçir…

Və nəhayət, guya inqilab dalğası pot-sovet timsalında Azərbaycana da doğru yaxınlaşırmış və s bu kimi nağıllar, utopiyalar…

Halbuki sabiq millət vəkilinin hamıdan yaxşı özünün bilməsi lazım: Nə Azərbaycan Ukraynadır, nə də ordakı prosesləri bura daşımaq mümkündür. Və niyə xüsusi vurğu ilə “özünün bilməsi lazım”-deyirəm? Çünki Hacıbəyli uzun illər mövcud hakimiyyətin komandasında təmsil olunub və onların gücünə də ən azından indi ətrafında dolaşdığı qaraguruhdan daha çox bələddir. Eyni zamanda fərqindədir ki, Azərbaycanla Ukraynanı eyniləşdirmək üçün ya gərək politoloji təxəyyülün kandarında olasan, ya da özünü artistliyə qoymağın zirvəsində…Və ya eyni adlı dövlətləri müqayisə belə etmək olmaz. Ən azından ona görə olmaz ki, Ukrayna son 20 ildə bir nəfər də olsun potensial və ötkəm lider yetişdirə bilməyib. Ki, xalqı öz ardınca apara və onu kənar təsirlərdən qoruya bilsin. Elə bu səbəbdən də Ukrayna xalqı illərdir özünü toparlaya bilmir. Sanki, davamlı olaraq axtarışdadır. Heç deyim ki, indinin özündə də ortalıqda söz sahibi olacaq avtoritet yoxdur. Biri “boksyor”du, digərləri isə yenə də Qərbin və Rusiyanın yedəkləri…

Odur ki, çox maraqlıdır: Gültəkin Hacıbəyli bunumu arzulayır bizə? Eyni olaylarımı diləyir doğma dediyi Azərbaycanına?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR