“Sumqayıt 1988: Cinayət və cəza” kitabı təqdim olundu
Bizi izləyin

Nida.az

“Sumqayıt 1988: Cinayət və cəza” kitabı təqdim olundu

Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə hazırlanmış “Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunmuş tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk növbədə Sumqayıt hadisələrinin gerçək mahiyyətinin üzə çıxarılmasının və dünya ictimaiyyətinə təqdim olunmasının ümummilli dövlət maraqlarının strateji əhəmiyyətindən danışıb.

Kitabda SSRİ və Azərbaycan SSR Prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaq materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və digər şahid ifadələrindən, həmçinin məhkəmə materiallarından istifadə olunub. Bununla belə, uydurma “Böyük Ermənistan” problemi, “erməni məsələsinə” həsr olunmuş çoxsaylı ədəbiyyatdan istifadə edilməklə, hadisələrin səbəb və nəticələri, cinayətin icraçılarının cəzalandırıldığı da göstərilir. Nəşrdə Sumqayıt iğtişaşlarının yaranma səbəbinin izahını verən, iştirakçılarını ifşa edən müəlliflərin öz obyektivliyi və subyektivliyi ilə seçilən fərziyyə, mühakimə və mülahizələri də yer alıb.

Sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubovun kitab haqqında məruzəsi dinlənilib. Qeyd edilib ki, kitabın hazırlanmasında əsas məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitabda əsasən 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədənlər, təşviq edən qruplar haqqında materiallar yerləşdirilməklə yanaşı, kitabın müəllifləri hadisələri sifariş verən və təşkil edən qüvvələrin izlərinin respublikanın hüdudlarından kənara çıxdığını göstərməyə çalışəblar.

Daha sonra akademik İsa Həbibbəyli, kitabın həmmüəllifləri Ramazan Məmmədov, Eyruz Məmmədov, professor Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Rafael Hüseynov və başqaları çıxış edərək kitabın ərsəyə gəlməsinin mühüm, əhəmiyyətli və eyni zamanda, gərgin bir fəaliyyətin məntiqi nəticəsi olduğunu qeyd etməklə, nəşrin Azərbaycan xalqının, Azərbaycan dövlətinin milli maraqlarına xidmət edən əsər olmasını xüsusi vurğulayıblar.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev təmsil olunduğu qurumun, o cümlədən Azərbaycanın xarici diplomatik korpuslarının Sumqayıt hadisələrinin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində həyata keçirdikləri işlərdən ətraflı danışıb.

Elmin Bədəlov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm