Bu ianələr Suriyada döyüşən azərbaycanlılara göndərilir- Foto
Bizi izləyin

Nida.az

Bu ianələr Suriyada döyüşən azərbaycanlılara göndərilir- Foto


Suriyada döyüşən azərbaycanlılara Azərbaycandan yardım edilməsi ilə bağlı daha bir məlumat əldə etmişik. Publika.Az -a daxil olan məlumata görə, Bəşər Əsədə qarşı döyüşən azərbaycanlı mücahidlərə yardım etmək üçün ölkə daxilində müxtəlif şəxslər tərəfindən kampaniya da keçirilir. Məlumatda deyilir ki, ianələr əsasən Bakıda Qaraçuxur məscidi yaxınlığında və Şimal bölgələrdə, xüsusilə Qusarda toplanır. Bura əsasən pul və paltar yardımı daxildir. Amma toplanan yardımın Suriyaya necə çatdırıldığı hələ də məlum deyil.
Toplanan ianələrlə bağlı foto da əldə etmişik. Fotolar bu ilin yanvar ayında çəkilib. Fotoda görünən əşyalar, paltarlar Suriyaya göndərilməsi üçün toplandığı deyilir.

Qeyd edək ki, fevral ayının əvvəllərində Suriyada döyüşənlərə və onların burdakı ailələrinə yardım toplayan şəxs Publika.Az –a danışmışdı (http://publika.az/p/4867 ). Adını gizli saxlayan şəxs bildirmişdi ki, Suriyada döyüşənlər onların qardaşlarıdır: “Bizim qardaşlarımız orda döyüşür, biz də onların burdakı ailələrinə yardım edirik. Bu nömrəni də internetə yerləşdirmişik, kömək etmək istəyənlər 5-10 manat, gücləri nəyə çatırsa, yardım edirlər. İndi nə deyirsiniz, onlar ora getməkdə səhv edirlər?”.

Həmin şəxslə olan söhbəti yenidən təqdim edirik:

-Mən jurnalistəm, bu telefon nömrəsinə internetdə rast gəlmişəm. Siz həqiqətənmi Suriyaya gedənlərə yardım toplayırsınız?

-Bəli, burda nə var ki? Bizim qardaşlarımız orda döyüşür, biz də onların burdakı ailələrinə yardım edirik. Bu nömrəni də internetə yerləşdirmişik, kömək etmək istəyənlər 5-10 manat, gücləri nəyə çatırsa, yardım edirlər. İndi nə deyirsiniz, onlar ora getməkdə səhv edirlər?

-Məqsədim kiminsə səhv edib-etmədiyini araşdırmaq deyil. Sadəcə öyrənmək istəyirəm.

(bu yerdə gizli olaraq diktofonu qoşuruq-red)

-Öyrəndin də. Bunun nə əhəmiyyəti var ki, sən bildin, bilmədiyin nə fərqi var.

-Yox, sadəcə...

-Sən mənim səsimi yazmırsan?!

-Xeyr.

-Yazırsan axı, niyə yalan danışırsan.

(Məcbur olaraq diktofonu söndürdük)

-Yaxşı söndürdüm.

-Mən pis heç bir iş görmürəm. Bilirəm ki, yolum düzgün yoldur.

-O zaman olarmı siz mənim jurnalist kimi suallarıma cavab verəsiniz, həm də fikirlərinizi çatdırarsınız.

-Nə mənası var. Guya mən sənə bildiyim sirləri verəcəyəm?. Mən danışsam sonra sənin kimi fitnəkarlar bundan fitnə yaradacaq.

-Nə bilirsiniz fitnə yaradacağam?

-Bilirəm də. Bizim heç kimlə işimiz yoxdur.

-Bəs niyə danışmırsınız?

-Niyə danışmalıyam ki. Guya səninlə danışsam ,sirləri sənə verəcəyəm? Sən yox, səndən yüzü ola, heç kim məndən sirr ala bilməz. Əgər sən istəyirsənsə, gəl görüşüb oturaq, mən sənə hər şeyi başa salaram.

-Amma mən jurnalist kimi gələcəm və siz mənim suallarıma cavab verəcəksiniz. Belə razısınızmı?

-Dedim ki yox. Mən sənə niyə danışmalıyam ki. Elə-belə gəl, sənə nə istəyirsən danışaram, yəni səni nə maraqlandırırsa. Mən onsuz da sənə hər şeyi deməyəcəm. Amma söhbət etməmişdən əvvəl sənin üst-başını axtaracam, sonra danışacağıq ha.

-Niyə axtarırsan?

.....

-Harda görüşək?

-Gəl, Qaraçuxur məscidinin qabağına, mən səni orda qarşılayacam.

-Sabah gələ bilərəm?

-Onda sabah saat 5-də (17:00-red) orda olarsan. Mən sənə nömrə verəcəm, ona zəng edərsən. Bu mənim qardaşımın nömrəsidir.

-Bir dəqiqə nömrəni yazım. (fikrindən daşınır)

-Yox, elə sən gəl ora, mən səni qarşılayacam.

-Yaxşı, onda bu nömrəyə zəng edəcəm.

-Bu nömrəyə elə mesaj yaz, mən biləcəm.

-Yazacam ki, Qaraçuxura gəldim.

-Hə, elə də yaz. Amma üst-başını axtaracam, ondan sonra danışacağıq. Elə belə.

-İndi siz elə deyirsiniz, mənim ürəyimdə qorxu yaranır.

-Niyə qorxursan? Kişi qorxmaz. Düzdür, onsuz da kişilərin hamısı Suriyadadırlar, burda deyil. Sən namaz qılırsan?

-Xeyr.

-Allahdan qorxmursansa, məndən niyə qorxursan.

-Mən demədim ki, Allahdan qorxmuram.

-Necə qorxmursan, Allah deyir ki, buyurduqlarımı etməyənlər cəhənnəmlikdir.

Burda bir qədər dini söhbətlər gedir. Sonda isə vədləşdiyimiz yerdə görüşəcəyimizi deyirik.

-Amma siz adınızı demədiniz?

-Nə mənası var, adımı dedim, ya yox. Mən səndən adını soruşmadım ki. Sən də məndən soruşma da.

P.S: Qeyd edək ki, bu stenoqrama danışığın vərəqə köçürdüyümüz və yaddaşımızda qalan hissəsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm