"Bütün yazılarında insanların intim həyatından yazan adam ziyalı ola bilməz” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

"Bütün yazılarında insanların intim həyatından yazan adam ziyalı ola bilməz” - MÜSAHİBƏ

Niyaməddin Orduxanlı: “Sən əsil Azərbaycan ziyalısının əlinə su tökməyə belə layiq deyilsən, Günel Mövlud!”

Son günlər antiAzərbaycan dairələr yenidən fəallaşıb. Sapı özümüzdən olan baltaların əli ilə özümüzü vuran antiazərbaycançıların bu dəfəki ssenarisinin oyunbazı Günel Mövluddur. Müntəzəm olaraq Azərbaycanın beynəlxalq imicinə zərbə vuran yazılar qələmə alan Günel Mövlud hətta utanmadan torpaqlarımızı, daha dəqiq desək doğulub boya-başa çatdığı rayonu belə işğal altında saxlayan ermənilərdən üzr istəyir, onların yazıq, məzlum obrazını yaradır. Bəs görəsən Günel Mövludu belə bir addım atmağa nə vadar edir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı “OLAYLAR”-a verdiyi müsahibədə Günel Mövludun hansı məqsədə, mərama xidmət etdiyini açıqlayıb.

-Niyaməddin bəy, son günlər antiAzərbaycan qüvvələrinin yenidən fəallaşdığı müşahidə edilir. Belə ki, Günel Mövlud adlı birisi Azərbaycanın beynəlxalq aləmdə mənfi imicinin formalaşmasına yönəlik müntəzəm yazılar dərc edir. Sizcə, bu prosesdə erməni barmağı və ya daxildəki bəzi siyasi dairələrin əli varmı?

-Günel Mövlud birmənalı olaraq bizim xalqa utanc gətirən hərəkət etdi. Bunun bir adı var-milli xəyanət! Kimin nə deməsindən asılı olmayaraq bu məxluq öz mənfəəti baxımından istənilən addımı atmağa hazır olduğunu göstərdi. Bu hadisəyə qədər bu xanım mənim facebook-da virtual dostlarımın siyahısında idi. Həmin dəqiqə mən onu dostluq siyahımdan sildim və blok etdim. Bununla birgə şəklin görünməsini ayıb bildim. Qoy gedib ermənilərə sevgi və rəgbətini davam etdirsin. Almaniyada oturub və ya vətəndaşlıq almaq məqsədi ilə istənilən addımı atan Güneli bizim millətin nümayəndəsi hesab etmirəm. Kəskin olsa da deyirəm: Bu xalqın çörəyi haram olsun, sənə! Bunun bu cür iyrənc yazısından Azərbaycanın milli maraqlarını sevməyən erməni lobbisi geniş istifadə edəcək. Günel Mövlud ermənilərin əlində istifadə olunacaq bir əşyaya çevrildi. İnanın, Xocalıda vəhişçəsinə qətlə yetirilmiş körpələrimizin ağrısı və acısı məni bu cür sərt danışmağa məcbur edir. Bu, bir görk olmalıdır ki, kimsə siyasi sığınacaq və ya başqa imtiyazlar əldə etmək üçün öz xalqını və vətənini asanlıqla satır. Hesab edirəm ki, belələrinə qarşı vətən xaini maddəsi ilə cinayət işi açmaq lazımdır.

-Xocalı soyqırımının növbəti ildönümünün qeyd edilməsi ərəfəsində ermənilərin yazıq, məzlum obrazının yaradılması sizcə erməni dəyirmanına su tökmək deyilmi?

-Xocalıda bir gündə 1000 yaxın mülki geyimli şəxs qətlə yetirilib. Müharibələr ordu arasında aparılır. Mülkü insanlara divan tutulması birbaşa soyqırım hesab edilir. Bu soyqırım milli mənşəyinə görə erməni vəhşiləri tərəfindən aparılıb. Günel Mövlud da ermənilər tərəfindən işğal edilmiş Cəbrayıl rayonundandır. Özü də yaxı bilir ki, soydaşımız olan cəbrayıllılara amansız rəftar edilib. Qarabağ savaşında 30 000 insanımızı itirmişik. Minlərlə insanımız əlil olub. Milyondan artıq soydaşımız doğma evindən, obasından qaçqın düşüb. Bütün bu müsibəti erməni silahlı birləşməsi edib. Bütün bunlara görə erməni xalqından üzr istəyirsən?! Bunu yazanda heç olmasa, vicdanın oyanmadımı?

-Günel Mövlud özünü bir ziyalı hesab edərək ermənilərlə təmas qurmağı məqsədəuyğun hesab edir. Azərbaycanın milli maraqlarına zidd olan birini nə dərəcədə ziyalı hesab etmək olar?

-Bütün yazılarında insanların intim həyatından yazan adam ziyalı ola bilməz. Azərbaycan ziyalısı və aydınını təhqir etmək olmaz. Ayıbdır bunu dilə gətirmək. 3-4 cızma-qara yazan ziyalı deyil. Özünə ziyalı adı qoyub xaricilərin qarşısında “yekə” görsənmək istəyir. Sən əsil Azərbaycan ziyalısının əlinə su tökməyə belə layiq deyilsən, Günel Mövlud! Bir daha qeyd edirəm və bilirəm ki, ifadələrim çox kəskindir, ancaq buna haqq etmiş birisidir!

-Ümumiyyətlə, bu kimi planlar Azərbaycana nə dərəcədə mənfi təsir göstərəcək?

-Əkrəm Əylisli nəyə nail oldu ki, Günel Mövlud da nəyəsə nail olsun? Bu cür milli dəyərləri aşağılayan və öz xalqının düşmənini tərifləmək şəxsi qazanca hesablanır. Bilirsiniz ki, bu adam hal –hazırda Almaniyada yaşayır və xalqımzı aşağılayan yazılar yazmaqla daha çox imtiyaz əldə etmək istəyir. Bu hadisə Ermənistanda olsa idi, çoxdan onu küçələrində sürüyərdilər. Xatırlayıram, bir neçə il bundan qabaq Ermənistanda adı yadımdan çıxmış yazar Azərbaycan xalq ilə bağlı bir neçə xoş söz yazmışdı. Elə həmin günü erməni Daşnaksütyun Partiyasının nümayəndələri həmin yazarın meyidini sürüyüb küçəyə atmışdılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm