• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Arif Hacılı Sərdar Cəlaloğluna cavab verdi

  • Nida.az
  • 28 Fevral 2014 19:11
  • 423 Baxış
Arif Hacılı Sərdar Cəlaloğluna cavab verdi


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ADP sədri Sərdar Cəlaloğlunun onun haqqında dediklərinə münasibət bildirib.

Publika.Az -a xəbər verir ki, A. Hacılı “Feysbuk” səhifəsində bildirib ki, ADP sədrinin sözləri onu təəccübləndirib: “Hörmətli Sərdar bəyin Qurban Məmmədovun İsa Qəmbərin əleyhinə yazdığı yazıya cavabımla bağlı açıqlamasını oxuyub xeyli təəccübləndim. Həm keçmişə, həm bu günə aid olan məsələlərdə, eyni zamanda qeyd edilən yazımda olan bəzi məqamlarla bağlı ciddi yanlışlıqlara yol verib”.

A. Hacılı qeyd edib ki, o, həbsxanada olarkən mitinqlərin keçirilməsi və ya keçirilməməsi barədə hər hansı bəyanat verməyib: “Digər tərəfdən, İsa Qəmbər də mən də 2005-ci il parlament seçkiləri ilə əlaqədar məhkəmə prosesini sonadək (Cəlaloğlunun və dediyi 5-6 nəfərin sürdürdüyü yerədək) sürdürmüşük. Avropa İnsan Haqları Məhkəməsi də iddiamızı təmin edib.

Mən Qurban Məmmədovu hakimiyyətə xidmət etməkdə ittiham etməmişəm. Sadəcə elə Sərdar bəyin özü kimi, İsa Qəmbərin seçkilərdə qalib gəlmədiyi haqda fikrinin yanlış olduğunu yazmışam”.

Qeyd edək ki, S. Cəlaloğlu Publika.Az-a açıqlamasında (http://publika.az/p/8593 ) bildirib ki, A. Hacılı vaxtilə həbsə olarkən mitinqlərin keçirilməsi ilə bağlı bəyanat verdi, lakin bu bəyanatına görə, indi heç kəs onu qınamır: “Halbuki həmin bəyanat Müsavat və AXCP-də böyük narazılıq yaratmışdı. Həmin bəyanatdan sonra da Arif bəy azadlığa buraxıldı”.

S. Cəlaloğlu qeyd edib ki, həmin seçkilərlə bağlı Avropa Məhkəməsinin qərarı var. Onun sözlərinə görə, İsa Qəmbər və digərləri məhkəmə qərarının sonuna qədər getmədilər.

“Mən və 5-6 nəfər sona qədər getdik, amma onlar hökumətlə anlaşmaya gedərək kompensasiya aldılar. əslində o vaxt seçkinin nəticələri qeyri-müəyyən idi. Bu baxımdan kimin udub, kimin uduzduğunu demək doğru deyil.

Mən Qurban bəyi də bu sözlərinə görə, qınayıram. Çünki İsa Qəmbərin qalib gəlmədiyini demək tamamilə əsassızdır”-deyə o bildirib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR