• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Nurçular Prezident Aparatındadır”

  • Nida.az
  • 1 Mart 2014 12:29
  • 4 932 Baxış
“Nurçular Prezident Aparatındadır”

Milli Məclis üzvlərindən 24 nəfərin “Gülən camaatı”na bağlı olması hələ də müzakirə predmetidir. Adları “nurçu” olaraq hallanan (əslində, “nurçular” və “gülənçilər” fərqli anlayışlardır, ancaq Azərbaycanda bəzən bu sözlər sinonim kimi işlənməkdədir) deputatlardan biri – BAXCP sədri Qüdrət Həsənquliyev “Virtualaz”a verdiyi müsahibədə bir çox maraqlı məqamlara toxunub.

Siyasətçilər dini təriqətə qoşula bilər

Nurçuluğun Azərbaycan dövlətinə təhlükə olub-olmaması sualını cavablandıran millət vəkili bildirib ki, bizdə dini etiqad azadlığı var: “İnsanlar istənilən təriqətin üzvü ola bilər. Hətta ateist də ola bilərlər. İnsanların ekstremizm və zorakılıq təbliğ etməyən təriqətlərə qoşulmasında problem görmürəm. Bizim siyasətçilərimiz də hansısa təriqətə mənsub olmaqda azaddır və burada da heç bir təhlükə görmürəm. Mənim üçün qəbuledilməz olan dinin siyasətə bulaşması, siyasətçilərin öz məqsədləri üçün dindən istifadə etməyə çalışmasıdır. Biz qonşu ölkə olan Türkiyədə, İranda bunun şahidi olduq. Kimlərsə insanların dini inancından istifadə edərək hakimiyyətə gəldi. Siyasətdə səhvlər, yanlış qərarlar olur. Bu zaman dinin siyasətlə uyğunlaşdırılması dini dəyərlərin aşınmasına gətirib çıxarır. Buna yol vermək olmaz. Konstitusiyamıza görə də din dövlətdən aralıdır”.

Təriqət təsirli məktəblər olmamalıdır

Ayrı-ayrı dini təriqətlərin təsiri altında olan məktəblərə qarşı çıxdığını bildirən Qüdrət Həsənquliyev “Çağ öyrətim” təhsil sistemindəki dini bağlılığa etiraz etdiyini də diqqətə çatdırıb: “Məndə olan məlumata görə, onların mülkiyyət hüququ Dövlət Neft Şirkətinə keçib. Neft Şirkəti Qafqaz Universitetinin və nurçulara məxsus olan məktəblərin mülkiyyət hüququnu alıb.

Amma tədrisi həmin insanlar aparır. Onların tələbələri Prezident Administrasiyasında təmsil olunurlar. Bu məktəblər imtahanla ən savadlı uşaqları seçib götürürlər. Sonra da təbliğat aparırlar ki, baxın, bizim uşaqlar ən yüksək balları toplayır. Ancaq həmin uşaqlar digər məktəblərdə də oxusaydılar, onlar başqa məktəblərdə də eyni nəticəni göstərəcəkdilər. Onların məktəblərinin illik ödənişi 7 min manata gəlib çatır.

Bu məktəblərdə isə ölkənin yalnız siyasi elitasına yaxın olan imkanlı ailələrin uşaqları oxuya bilər. Və bu uşaqların vasitəsilə də həmin şəxslərə təsir edirlər. Həmin məktəbləri bitirənlərə sonradan bir-birləri dəstəkləməsi kimi tapşırıqlar da verilir”. Məktəblərin birbaşa dövlət nəzarətində olmasının vacibliyini önə çəkən millət vəkili belə tədbirlər görülməsə, Azərbaycanın dünyəvi dövlətçiliyini təhlükə altına düşə biləcəyini xatırladıb.

Onlar yüksək vəzifə tuturlar

Q.Həsənquliyev "Çağ öyrətim“ə bağlı olan məktəbləri bitirənlərin hamısının nurçu olduğunu iddia etmədiyini də dilə gətirib: “Amma xeyli sayda insanı öz ideologiyaları altında səfərbər edə biliblər. Mənim əlimdə əsasım yoxdur ki, bu adamların birbaşa bu cərəyanla bağlı olduqlarını deyəm. Nurçulara bağlı universitetləri bitirən gənclər yüksək dövlət postlarında və hakimiyyə orqanlarında da təmsil olunurlar”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR