Mütəllibov AXC-ni ittiham etdi: “Nə qədər pis olsaydı, onlara bir o qədər yaxşı idi”-Video
Bizi izləyin

Nida.az

Mütəllibov AXC-ni ittiham etdi: “Nə qədər pis olsaydı, onlara bir o qədər yaxşı idi”-Video

Mütəllibov AXC-ni ittiham etdi: “Nə qədər pis olsaydı, onlara bir o qədər yaxşı idi”-Video

“Dağlıq Qarabağda erməni millətçiləri tərəfindən qaldırılan münaqişə sovet ittifaqının tərkibində baş vermişdi. Qorbaçov, eləcə də bütün məmurlar öz yerində idi. Amma nədənsə Dağlıq Qarabağın erməni icması etiraz edərək Azərbaycanın tərkibində qalmaq istəmədiklərini bəyan etdilər. Bu Sovet İttifaqında görünməyən bir şey idi”.

Publika.Az xəbər verir ki, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. Eks-prezident bildirib ki, erməni millətçilərinin arxasında qüvvələr var idi: “Onlar özbaşına ortaya çıxmamışdı. Biz buna etirazlarımızı bildirirdik, məktublar yazırdıq.

Şəxsən mən Qorbaçovla dəfələrlə görüşüb söhbət etmişdim. Kəskin formada dedim ki, Azərbaycan nə istəyirsiniz. Bizim günahımız nədir ki, ermənilərin təpiyi altına qoymuşunuz.

Amma Qorbaçov gah nala, gah mıxa vururdu. O, bizə bir söz deyirdi, ermənilərə başqa söz”. A. Mütəllibov qeyd edib ki, Sovet İttifaqında hər dəfə hakimiyyət dəyişəndə ermənilər Qarabağ məsələsini qaldırırdı.

“Hər dəfə də bunun qarşısı alınırdı. Sistem buna icazə vermidi. Amma Qorbaçov ermənilər dostu idi, bu çoxdanın dostluğu idi. 1988-ci ilin 2-ci ayından bu münaqişə başladı, həmin ilin dekabrında Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdı”-deyə o bildirib.

Xocalı soyqırımı haqqında da danışan A. Mütəllibov yenə AXC-ni qınayıb. Bildirib ki, xalqa böyük təsir edən bu məsələ AXC vasitəsilə birbaşa ona yönəldildi: “Çünki prezident mən idim. Deyirdilər ki, sən niyə qorumadın bunları. Necə qoruya bilərdik. Biz Qarabağa girə bilmirdik. Xocalı da orda idi.

Amma bunun qarşısını almaq üçün hər şey var idi. Sadəcə Ağdama gələn qaçqınları müdafiə etmək üçün qabaqlarına çıxmaq lazım idi. Bunu etmək üçün də bütün şərait var idi.

Amma olmadı. Çünki hakimiyyət uğrunda mübarizə gedirdi. Mütəllibov üçün nə qədər pis olsaydı, onun rəqibləri üçün bir o qədər yaxşı idi. Budur bizim milli anlayışımız”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm