İlham Əliyev Şri-Lanka və Beninin Azərbaycanda yeni təyin olunmuş səfirlərini qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Şri-Lanka və Beninin Azərbaycanda yeni təyin olunmuş səfirlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Faizal Razeenin etimadnaməsini qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Faizal Razeenin etimadnaməsini qəbul etmişdir.

Səfir Mohamed Faizal Razeen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mohamed Faizal Razeen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Mohamed Faizal Razeen Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Şri-Lanka arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulandı, əlaqələrimizin genişləndirilməsi üçün mövcud imkanların araşdırılaraq əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyi qeyd olundu.

Dövlətimizin başçısı Prezident Mahinda Racapaksanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şri-Lanka dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Daha sonra İlham Əliyev Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aniset Qabriel Kotçofanın etimadnaməsini qəbul etmişdir.

Səfir Aniset Qabriel Kotçofa fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Aniset Qabriel Kotçofa etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Aniset Qabriel Kotçofa Benin Respublikasının Prezidenti Boni Yayinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə qarşılıqlı tərəfdaşlıq əlaqələrinin bir sıra istiqamətlərdə, o cümlədən enerji, elm, təhsil və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Prezident İlham Əliyev Benin Respublikasının Prezidenti Boni Yayinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Benin dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm