
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az-ın məlumatına görə, təbrik məktubunda
deyilir:
"Hörmətli cənab Prezident,
Bolqarıstanın milli bayramı münasibətilə Sizi və
bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi
qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər
bu gün dinamik şəkildə inkişaf etməkdədir. Ümidvaram ki, ənənəvi
dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın
bütün sahələrdə genişləndirilməsi yolunda səylərimizi bundan sonra
da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah
diləyirəm".