Əsas dayağı Azərbaycan olan yeni enerji ittifaqı yaranır – Brüssel Moskvanı görmək istəmir
Bizi izləyin

Nida.az

Əsas dayağı Azərbaycan olan yeni enerji ittifaqı yaranır – Brüssel Moskvanı görmək istəmir

“Brüssel enerji təhlükəsizliyini əsas gətirərək Rusiyanı Avropadan təcrid edir”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri yazıb.


Nəşr Bakı faktorunun Brüsselə belə addım atmaq üçün əsas verdiyini qeyd edir: “Avropa Xəzər enerjisinə böyük ümidlər bəsləyir. Hazırda bu istiqamətdə tikinti aparılır. Belə ki, maksimum 2019-cu ildə Azərbaycan qazı TANAP vasitəsilə Avropa bazarına axacaq. Brüssel ümid edir ki, Bakının təşəbbüsü ilə reallaşan bu layihəyə Türkmənistan qazını da qoşa biləcək. Bunun üçün Transxəzər boru kəmərinin tikintisi lazımdır. Lakin Xəzərin statusunun həll olunmamış qalması məsələni arxa plana keçirir. Türkmənistanın özü də qazını Avropaya daşımaqda maraqlı görünür. Aşqabad artıq Xəzər sahillərinə qədər boru kəmərinin tikintisini başa çatdırmaq üzrədir. Transxəzər layihəsinin gələcək taleyini isə zaman göstərəcək”.


Nəşr qeyd edir ki, avropalılar perspektivli qaz təchizatı nöqteyi-nəzərindən Cənub Qaz Dəhlizinə inanırlar: “Bu layihə gələcəkdə 60-dan 120 milyard kubmetrə qədər həcmdə qazı daşıya bilər. Həmçinin Azərbaycanla yanaşı, Türkmənistan, İran, Qətər və Küveyt qazı da bura qoşula bilər. İraq qazını da burdan daşımaq mümkündür. Rusiya belə bir şəraitdə Avropa bazarında minimum payını saxlamağa çalışmalıdır. Lakin Moskvanın buna müvəffəq olub-olmaması sual altındadır. Ehtimal var ki, Ukrayna tranziti üzərində razılıq olsun. Lakin bu daha çox Avropa Birliyinin yaratmaq istədiyi enerji ittifaqının xəritəsindən asılıdır. Çünki Avropa Birliyi enerji ittifaqında “gözlənilməz təchizatçılar”, yəni qaz çatdırmalarından siyasi silah kimi istifadə edənləri görmək istəmir. Digər tərəfdən, Brüssel Birlik ölkələri ziyana düşsə belə Rusiya qazını almağı qadağan edə bilər. Hansı ki, Litva artıq 40 faiz idxalı dayandırıb. Belə olacağı şəraitdə Rusiya çətin şərtlər altında qalacaq. Yaxın gələcəkdə artıq qarışmış enerji kartlarının yeni düzülüşü hər şeyi həll edəcək”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm