“Vurğun Əyyub 5-6 nəfərə qonaqlıq verib Müsavatın namizədi olmaq istəyir” – Şok İddia
Bizi izləyin

Nida.az

“Vurğun Əyyub 5-6 nəfərə qonaqlıq verib Müsavatın namizədi olmaq istəyir” – Şok İddia

“Vurğun Əyyub 5-6 nəfərə qonaqlıq verməklə Müsavatın namizədi olmaq istəyir”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Məclisinin üzvü, partiya başqanının qardaşı Mustafa Hacıbəyli deyib.


O, namizədlərlə bağlı təlimat sənədi haqda səslənən iddialara da toxunub: “Bundan əvvəlki dövrdə də öhdəlik götürülmə ilə bağlı təcrübə olub. Ötən parlament seçkilərində Müsavatda namizədlərdən öhdəlik ərizələri götürülüb. Bu təlimat konkret bir nəfərə ünvanlanan məsələ deyil. Hakimiyyət müəyyən adamlara tapşırıq verib ki, Müsavatın adından namizəd olun. Onlar da bu tapşırığa əsasən hansısa dairədən deputat olmaq niyyətindədirlər. Tamamilə məntiqlidir ki, bununla bağlı Müsavat Partiyasında müəyyən prosedurlar qəbul olunmalıdır. Müsavatın Məclisini, onun siyasi kursunu tanımayan, xəttini qəbul etməyən, ona qarşı ardıcıl fəaliyyət göstərən, insanları Müsavat rəhbərliyinə qarşı itaətsizliyə cəlb edən, üzvlük haqqı verməkdən, bu və ya digər vəzifələrdə təmsil olunmaqdan imtinaya vadar edən Vurğun Əyyub bu posedurları da göz altına almalıdır. Digər tərəfdən, 2000-ci ildə Müsavatda “praymeriz” keçirilmişdi.

Həmin “praymeriz”ə 10 mindən artıq müsavatçı səfərbər olunmuşdu və bu sayda insanların rəyi nəzərə alınaraq Müsavatın proporsional seçkidə namizədlərinin siyahısı formalaşmışdı. Amma buna rəğmən, yenə də o siyahını Məclis təsdiqləmişdi. Vurğun Əyyub da hesab edir ki, 5-6 nəfərə 1-2 qonaqlıq versin, Müsavatın namizədi olsun. Bu isə 5-6 nəfərin iradəsi olacaq. Dediyim kimi, 2000-ci ildə Müsavatın proporsional siyahısına 10 mindən çox adam səs verəndən sonra yekun siyahını yenə Məclis təsdiqləmişdi. Burada yeni heç nə yoxdur. Namizədlərin Məclis tərəfindən təsdiqlənməsi həm Nizamnamədə nəzərdə tutulub, həm də praktikada var. Öhdəlik ərizəsinin imzalanması da bir nəfərə aid məsələ deyil, hər kəs o ərizəni imzalayacaq”.


M. Hacıbəyli ADR-də təmsil olunan müsavatçıların partiya qərargahına girişinin qadağan olunması haqda deyilənləri təkzib edib.


“Müsavatın qərargahı müxalifət düşərgəsində olan bir çox partiyalar üçün həmişə toplantı yeri olub. İstər İctimai Palata, Milli Şura, istərsə də AXCP-nin özü Müsavatın qərargahından istifadə edib. Bu cür iddialar əsassız ittihamlardır. Bu ittihamları irəli sürənlər nəyə əsaslandıqlarını deməlidirlər”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm