• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Mehmet Ceylan: “Xocalı ortaq acımızdır”

  • Nida.az
  • 20 Aprel 2015 20:50
  • 630 Baxış
Mehmet Ceylan: “Xocalı ortaq acımızdır”

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Nevşəhərə səfəri zamanı Nevşəhər valisi Mehmet Ceylanla görüşüb.

Publika.az-ın məlumatına görə, millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb.

“Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalər qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğalından azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.”

Qənirə Paşayeva Nevşəhər valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib. Nevşəhər valisi Mehmet Ceylan öz növbəsində görüşdən məmnunluğunu bildirib.

“Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq.”

Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından Qədim Nevşəhərlə bağlı yazdığı və yenidən çapdan çıxmış “Aşiq oldum Sənə-Nevşəhər” kitabını da təqdim edib.

“Sizinlə ötən görüşümüz zamanı belə bir kitab hazırladığımı söyləmişdim və ilk nüsxəsini də sizə hədiyyə edəcəyimizi demişdim və bunu sizə təqdim etməkdən çox məmnunam deyib və bildirib ki, bu əziz Nevşəhərlilərə, Kapadokiya, Uçhisar sakinlərinə onun kiçik bir hədiyyəsidir”. O bildirib ki, bu kitabın nüsxələri Azərbaycanda universitet, məktəb, kitabxanalara hədiyyə ediləcək ki, gənclərimiz buradakı tarix, mədəniyyətimiz, insanımızı daha da yaxından tanısın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR