Nida.az
“Xocalıya ədalət” kampaniyasına ermənilər də qoşuldu
“Erməni tələbə Nyukaslda “Xocalıya ədalət” kampaniyasına dəstək verib”.Bu barədə Publika.Az -a Nyukasl Azərbaycan Tələbə Cəmiyyətinin sədri Orxan Seyidov məlumat verib.
O. Seyidov bildirib ki, fevralın 26-da təşkil etdikləri kampaniya universitetin ən böyük insan toplaşın məkanında - Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil edilib: “Bu il Nyukasldakı tələbələrin sayının çox olduğunu nəzərə alıb “Xocalıya Ədalət” kampaniyasını geniş şəkildə təşkil etməyə qərar verdik. Kampaniya çərçivəsində petisiya da keçirdik və Böyük Britaniyanın dövlət qurumlarına, o cümlədən baş nazirinə müraciət etdik. Petisiyada 400 nəfərdən çox insan iştirak etdi. Tədbiri universitetin ən böyük insan toplaşan məkanında - Nyukasl Tələbə Birliyi binasının qarşısında təşkil etdik”.
Böyük Britaniyadakı Azərbaycan səfirliyinin tədbirə dəstək verdiyini bildirən O. Seyidov vurğulayıb ki, səfirlik Cəmiyyəti lazımi təbliğat-təşviqat materialları ilə təmin edib. Qeyd edib ki, universitet də tent və stol-stulla təşkilatçıları təmin etməklə kampaniyaya öz dəstəyini nümayiş etdirib: “Qeyd etməliyəm ki, kampaniyanın təşkilində 35 nəfər azərbaycanlı, gürcü və rus dostlarımız da köməklik göstərdilər. Əminliklə deyə bilərəm ki, tədbir uğurlu alındı. Kampaniya çərçivəsində 1000 nəfərdən çox insan məlumatlandırıldı və qeyd etdiyim kimi petisiyaya 400-dən çox imza toplandı. Mən deyərdim ki, bu, Böyük Britaniyada keçirilən ən böyük “Xocalıya ədalət” kampaniyalarından biri oldu.
Ən maraqlısı isə o oldu ki, erməni əsilli bir tələbə kampaniyamıza dəstək verdi. Həmçinin kampaniyaya dünyanın müxtəlif ölkələrindən – Çin, CAR, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, BƏƏ, Hindistan, Fransa, ABŞ, Kanada, Malaziya və sairdən olan tələbələr dəstək verdilər” – o, bildirib.
O. Seyidov əlavə edib ki, SOCAR-ın dəstəyi ilə daha bir tədbir
keçirməyi planlaşdırırlar: “Bu dəfə ölkəmizin mətbəxini,
mədəniyyətini, musiqisini, tarixini, adət-ənənələrini tanıtmaq
məqsədi ilə “Azərbaycan gecəsi” təşkil etmək niyyətindəyik.
Tədbirdə 200 nəfərdən artıq qonaq dəvət olunacaq və əsasən
professorlar, universitetin idarə heyəti və xarici tələbələr təşkil
edəcək. Qonaqlara Azərbaycanla bağlı təqdimat, milli rəqslərimiz,
milli musiqimizlə yanaşı mətbəximizin ləziz təamlarından dadmaq
imkanı yaradılacaq. Qeyd edim ki, tədbirin keçirilməsinə SOCAR
sponsorluq edir”.
Asif
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər