“Soyqırım” layihəsi ABŞ Senatında
Bizi izləyin

Nida.az

“Soyqırım” layihəsi ABŞ Senatında

ABŞ Senatına 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının yer aldığı qətnamə layihəsi daxil edilib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qətnamə layihəsinin müəllifləri senatorlar Robert Menendes, Mark Kirk, Barbara Bokser və Qori Qardnerdir.

Qətnamə layihəsinin həmmüəllifləri “ermənilərin uğradığı soyqırım faktı”nın təsdiq edilməsində ABŞ-ın dəqiq siyasətinin əhəmiyyətini vurğulayıblar. “Bu il ermənilərin soyqırımı günündən yüz il keçir. İyirmidən çox ölkə, ABŞ-ın 43 ştatı və Papa Fransisk birmənalı şəkildə ermənilərin soyqırım faktını təsdiq ediblər. ABŞ-ın da indi onlara qoşulması vaxtıdır”, – Barbara Bokser vurğulayıb.

Qeyd edək ki, eyni sənəd ABŞ Konqresinin Nümayəndələr Palatasına da daxil edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm