Gürcüstan prezidenti Sərkisyanın dəvətini rədd etdi
Bizi izləyin

Nida.az

Gürcüstan prezidenti Sərkisyanın dəvətini rədd etdi

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı 24 apreldə İrəvanda keçiriləcək tədbirlərdə iştirakdan imtina edib.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Tengiz Pxaladze bildirib.

Tengiz Pxaladze Gürcüstan prezidentinin bu qərarını həmin vaxt Belarus prezidenti Aleksandr Lukaşenkonun Tiflisə səfəri ilə izah edib. Gürcüstan hökumətinin üzvləri baş nazir İrakli Qaribaşvilinin də Ermənistana gedəcəyini təsdiq etməyiblər.

Gürcüstan parlamenti də 1915-ci il hadisələri ilə bağlı məsələyə baxmaqdan imtina edib. Sözügedən qanun layihəsinin müəllifi erməni mənşəli deputat Samvel Petrosyan idi.

Müstəqil ekspertlər hesab edir ki, rəsmi Tiflis İrəvanda keçiriləcək tədbirlərdə yüksək səviyyədə təmsil olunmaqla Türkiyə və Azərbaycanla münasibətləri pisləşdirmək istəmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm