Ceyhun Osmanlı: “Xədicə İsmayılın səsini yazmağımın yeganə səbəbi..”
Bizi izləyin

Nida.az

Ceyhun Osmanlı: “Xədicə İsmayılın səsini yazmağımın yeganə səbəbi..”

Xədicə İsmayılın elə şəxsən özü də gizlətmir ki, masa arxasında yüksək səslə danışırdı.

Millət vəkili Ceyhun Osmanlı Xədicə İsmayılla bağlı Baş prokurorluğa təqdim etdiyi səs yazısı haqda məlumat yayıb. Publika.Az xəbər verir ki, məlumatda deyilir: “Təsisçisi olduğum “İrəli” İctimai Birliyinin ofisi İçəri Şəhərdə “Art Garden” restoranının yaxınlığında yerləşir. Bəzən nahar və şam yeməyi üçün həmin restorandan istifadə edirik. 23 yanvar tarixində də axşam Xədici İsmayıl, aralarında əcnəbilərin də olduğu 4 şəxslə birgə həmin restorana gəldi. Bir zəruri məqamı xüsusi vurğulamaq istərdim ki, restorana o daxil olanda mən artıq şam yeməyinə başlamışdım, yəni mən onların olduğu məkana deyil, əksinə, onlar mənim olduğum məkana gəlib və mənə yaxın masada əyləşiblər.

Xədicə İsmayılın elə şəxsən özü də gizlətmir ki, masa arxasında yüksək səslə danışırdı. Mənə məxsus telefonun diktafonu aktivləşdirməyimin də yeganə səbəbi məhz bu söhbəti aparan şəxslərin – Xədicə İsmayılın və digərlərinin danışıqlarında dövlətçiliyə, ölkənin konstitusion quruluşuna yönəlmiş aqressiv və təxribatçı mövqelərin səslənməsinin şahidi olmağımdır”.

Millət vəkli qeyd edir ki, şahidi olduğu söhbətdə Konstitusiyanın və qanunvericiliyin bəzi müddəalarının konkret pozulması faktına rast gəlib.

“Azərbaycan qanunvericiliyinin “cinayətin şahidi olmaq, yaxud bu barədə məlumatlı olub xəbər verməmək özü bir cinayətdir” tövsifindən də xəbərdaram. Xüsusilə, söhbət milli mənafedən gedirsə, bu barədə sayıqlıq göstərmək, hər bir vətəndaşın borcu olmalıdır. Onu da qeyd etməyi vacib sayıram ki, Konstitusiyanın 32-ci maddəsi daha çox şəxsi çəkilişə və səs yazısına aiddir. “Art Garden” restoranı da ictimai yer olduğundan burada danışılanlar, o cümlədən Xədicə İsmayılın müzakirələri şəxsi yox, məhz ictimai-siyasi motivlidir. Xədicə İsmayılın mənimlə “Art Garden”da rastlaşmasıyla bağlı 3 dəfə fərqli fikir səsləndirməsi və əvvəlki fikirlərdən birinin sosial şəbəkədən silməsi, bu barədə mövqeyini ard-arda dəyişməsi onun ictimaiyyətin mövqeyini yayındarmağa çalışmasını təsdiqləyir.

Təəssüf ki, əksər məqamlar istintaq sirri olduğundan onları tam açıqlaya bilmirəm. Lakin zamanı gələndə hər kəs hər şeyi biləcək. Əminəm ki, o zaman Xədicədən daha çox “xədicəlik” edənlər bundan utanacaqlar”-deyə C. Osmanlı qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm