Arif Hacılıdan Vurğun Əyyuba namizədlik atmacası
Bizi izləyin

Nida.az

Arif Hacılıdan Vurğun Əyyuba namizədlik atmacası

Müsavat Partiyasının başqanı Arif Hacılı keçmiş Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyuba deputatlığa namizədliyi ilə bağlı atmaca atıb.


Publika.az xəbər verir ki, A. Hacılı “facebook” səhifəsində ad çəkmədən belə yazıb: “Şərəfli insan üçün millət vəkilliyinə Müsavat Partiyasının namizədi olmaq saxta yolla parlamentin üzvü olmaqdan önəmlidir”.


Sosial şəbəkələrdə Müsavat başqanının bu sözləri V. Əyyuba ünvanlandığına dair müzakirələr aparılıb.


Qeyd edək ki, Müsavatın Suraxanı rayon təşkilatı V. Əyyubun deputatlığa namizədliyini irəli sürsə də, bu partiya rəhbərliyi tərəfindən ciddi narazılıqla qarşılanıb. Bu hadisədən sonra Müsavat Məclisi namizədlərin təlimat sənədi haqda qərar qəbul edib. Bu sənəd partiya rəhbərliyinin icazəsi olmadan namizəd olmağı çətinləşdirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm