• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Tural Abbaslı: “Müsavatın mitinqi uğur gətirməyəcək”

  • Nida.az
  • 21 Aprel 2015 16:37
  • 823 Baxış
Tural Abbaslı: “Müsavatın mitinqi uğur gətirməyəcək”

“Müsavatın mitinqlə bağlı verdiyi qərar yanlış idi. Mitinq keçirmək hər bir partiyanın hüququdur. Lakin indiki məqamda mitinqlərin keçirilməsi uğursuz olacaq. Milli Şuranın 2 mitinqi oldu və gözlənilən qədər adam toplaşmadı”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Məclisinin keçmiş üzvü Tural Abbaslı deyib.


Onun sözlərinə görə, insanların siyasi proseslərə marağı azdır: “Buna görə də Müsavat, yaxud Milli Şuranın mitinq keçirməsi effekt verməyəcək. Nəinki yürüş, hər hansı mitinqin uğur gətirəcəyinə inanmıram. İndi partiyalar öz resurslarını cəmləşdirib parlament seçkilərinə hazırlaşmalıdırlar. Seçkilərə çox az vaxt qalıb. Namizədlər, müşahidəçilər, məşvərətçilərin, şüarların müəyyənləşməsi kimi addımlar daha faydalı olardı, nəinki kütləvi etiraz aksiyaları.

2 ay öncə Milli Şura mitinq keçirdi, üstündən 2 ay sonra eyni mövzuda aksiya keçirmək kütləvi aksiya olmayacaq. Hər bir partiya mitinq keçirə bilər, amma indiki məqamda uğurlu addım deyil. Müsavatçıların yürüşlə bağlı arqumentlərini bilmirəm. İstər yürüş olsun, istərsə də mitinq olsun, indiki məqamda uğursuz olacaq. Mitinq qərarının verilməsində bəzi boşluqlar var idi, bu gün də bu qərarların acı nəticəsini görürük”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR