Nida.az
Qüdrət Həsənquliyev: “Qarsda, Vanda, Ərzurumda, İqdırdakı kütləvi məzarlıqlar kimindir?”
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun ermənilərə başsağlığı verməsi və aprelin 24-də erməni kilsəsində keçiriləcək “anım mərasimi”ndə iştirak edəcəyini bildirməsi Azərbaycanda birmənalı qarşılanmayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət
vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə
açıqlamasında bildirib ki, erməni kilsəsində keçiriləcək dini
mərasimdə 24 aprel “soyqırımı günü” kimi qeyd olunacaq və
Türkiyənin baş nazirinin bu mərasimdə iştirakı qondarma “erməni
soyqırımı”nın AKP hökuməti tərəfindən etiraf olunması kimi
qiymətləndiriləcək: “Şübhəsiz ki, bu, onların qərarıdır, özləri
bilər. Lakin önəmli olan başqa bir məqam da var:
AKP hökuməti nə üçün ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilən türklərin və digər müsəlmanların xatirəsinin anılması üçün mərasim keçirmir? Görəsən, Qarsda, Vanda, Ərzurumda, İqdırda və digər tarixi türk torpaqlarında az qala hər addımda rast gəlinən kütləvi məzarlıqlar kimindir? Məgər bu cinayətləri ermənilər törətməyiblər? Ola bilsin ki, kimlərsə məsələnin mahiyyətinə varmadan, Çanaqqala savaşının 100 illiyi ilə bağlı keçiriləcək tədbirləri örnək gətirsin. Amma qeyd edim ki, Çanaqqala savaşının 100 illiyinin qeyd olunmasının ermənilər tərəfindən qətlə yetirilən türklərin xatirəsinin anılmasına heç bir aidiyyəti yoxdur. Çanaqqala savaşında şəhid olan babalarımız ingilislərə və fransızlara qarşı vuruşublar. Davudoğlunun son açıqlaması onu göstərir ki, AKP hökuməti hakimiyyətdə qalmaq üçün ermənilərin və xarici güclərin təzyiqlərinə boyun əyməkdən başqa yol tanımır. Nə etmək olar... Bizə yalnız təəssüflənmək qalır”.
Asif
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO