AŞPA-da ermənilərin cavabı verildi
Bizi izləyin

Nida.az

AŞPA-da ermənilərin cavabı verildi

“23 il əvvəl bütün dünyanın gözü qarşısında Azərbaycanın Xocalı şəhərində mülkü insanlara qarşı amansız bir soyqırım həyata keçirən Ermənistan dövlətinin təmsilçilərinin burada soyqırımdan danışmaq kimi mənəvi haqqı yoxdur. Ermənistan nümayəndə heyəti, siz nədən yüz il əvvəl olan hadisələri heç bir rəsmi subutlar olmadan soyqırım kimi təqdim edirsiniz? Amma öz ölkənizin törətdiyi soyqırıma görə ailələrini itirmiş Xocalılardan bir dəfə də olsun üzr istəməyibsiniz?”

Publika.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan nümayəndə heyətinə cavab verərkən bildirib. AŞPA sessiyasında “Azad müzakirələr” zamanı Ermənistan nümayəndə heyəti üzvlərinin Azərbaycan və Türkiyə əlehinə qərəzli, yalan və böhtanlarla dolu çıxışlarına cavab olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Ermənistan nümayəndə heyətinə sərt cavab verərək işğalçı, Xocalı Soyqırımını törədən bir ölkənin təmsilçisi olaraq bu Assambleyada çıxış etmək haqları yoxdur deyib:

“Təssüf edirəm ki, Ermənistan nümayəndə heyətinin üzvləri bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr edərək yanlış, qərəz dolu məlumat və fikirlər səsləndirdilər. Qonşusunun, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan bir ölkənin Ermənistanın təmsilçilərinin bu Assamleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdu. 1 milyon azərbaycanlını öz evindən qaçqın və məcbiri köçkün salan və bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkillərinin Avropa Şurası Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur. İşğalçı bir ölkənin, 1 milyon insanın bütün insan haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən bir ölkənin, Ermənistanın insan haqlarından dəm vurub kimlərəsə dərs keçmək haqqı yoxdur və çox gülünc görünür”.

O, bildirib ki, yalan, qərəz dolu məlumatlarla bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr etməkdənsə, ermənilər öz ölkələrində vəziyyətindən danışaydılar daha yaxşı olardı. Onların Türkiyə və Azərbaycan haqqında səsləndirdiyi fikirlər qərəzdən və yalandan başqa bir şey deyil və çox təssüf edirik ki, onlar bu kimi addımlara son qoymurlar: “Biz AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırırıq. Ermənistan AŞ qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəlik götürüb. Amma heç bir addım atmayıb. AŞPA 1416 saylı qətnamə qəbul edib amma Ermənistan bu günə kimi bu qətnaməni yerinə yetirməkdən imtina edir. Ona görə də AŞPA artıq Ermənistanın bu addımlarına öz sərt münaibətini bildilməli, ona qarşı sərt addımlar atmalıdır. Öz evinə dönə bilıməyən və insan haqları işğalçı Ermənistan tərəfindən tapdanmaqda davam edən azərbaycanlı qaçqın və məcburu köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar”.

Q. Paşayeva həmçinin bu dəhşətli soyqırımı törədənləri Ermənistanın gizlədərək onların ədalət qarşısında cavab verməsinə imkan vermədiyini önə çəkib. Qeyd edib ki, nədən əhalisinin əksəriyyətini məhv etdiyiniz Xocalıdan qaçaraq canını qurtara bilmiş çox az sayda Xocalı sakininin 23 ildir öz evlərinə dönməsinə imkan vermirsiniz? O, Ermənistan nümayəndə heyətindən bu suallara cavab vermələrini gözlədiyini deyib:

“Öz ölkəsinin törətdiyi soyqırıma dəstək verənlərin, ona etiraz səsini ucaltmayanların burada soyqırımdan danışmaq haqqının olmadığını düşünürəm. Biz Avropa Parlamentinin son qərarına da etirazımızı bildiririk. Ermənistanın işğalçılığına duyarsız qalmaq beynəlxalq hüququn, insan haqlarının pozulmasına duyarsız qalmaq deməkdir. Biz Assambleyasımızı bu məsələlərə həssas yanaşmağa və özünün qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün Ermənistana təzyiq etməyə çağırırıq. Biz son bir neçə sessiyadır burada Rusiya nümayəndə heyətinin səsvermə hüququ ilə bağlı məsələləri müzakirə edirik. Nədən təşkilatımız 23 ildir Azərbaycan torpaqlarının 20 fazini işğalda saxlayan, AŞPA-nın bu istiqamətdə qətnamələrinə məhəl qoymayan Ermənistan heyətinin səsvermə hüququ ilə bağlı məsələləri də müzakirəyə çıxarmır? 23 ildir öz evinə dönə bilməyən 100-minlərlə qaçqın və məcburi köçkün sizdən dəstək gözləyir”.

Millət vəkilindən sonra çıxış edən Ermənistan nümayəndə heyəti təmsilçisi suallara heç bir arqumentlə cavab verə bilməyib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm