İraq və İran qazı da Cənub Qaz Dəhlizi layihəsinə qoşula bilər
Bizi izləyin

Nida.az

İraq və İran qazı da Cənub Qaz Dəhlizi layihəsinə qoşula bilər

“Biz Cənub Qaz Dəhlizi layihəsinin plana uyğun şəkildə inşa edildiyinə görə şadıq. Avropa 2020-i ildə yeni mənbədən – Xəzər regionundan qazı ala biləcək”.


Publika.az xəbər verir ki, bu barədə Avropa Birliyinin enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç “Kommeranst” qəzetinə müsahibəsində deyib.


Onun sözlərinə görə, bu layihə ilkin mərhələdə Azərbaycan qazını nəql edəcək: “Lakin biz vəziyyətə baxacağıq. Gələcəkdə İraq qazı da bura qoşula bilər. Həmçinin, son diplomatik sıçrayışdan sonra İran qazının da burdan keçməsinə ümid edirik. Eyni zamanda, biz Türkmənistan qazının Cənub Qaz Dəhlizi layihəsinə qoşulması üçün çalışırıq”.


M. Şevçoviç qeyd edib ki, Avropa enerji təhlükəsizliyi üçün şaxələndirmə siyasətini seçib: “Biz Rusiyadan qaz çatdırmalarını təmin etmişik. lakin 2006-cı ildə problem yaşandı. Ardınca 2009-cu ildə dəhşətli böhran çıxdı. Avropa bu problemləri nəzərə alaraq, diversifikasiya yolunu tutub”, - deyə o bildirib.


Avrokomissar Cənub Qaz Dəhlizinə altarnativ olaraq Rusiya tərəfindən irəli sürüldüyü iddia olunan “Türk axını” layihəsinin taleyinə də toxunub.


“Bu bir layihədir və bu layihə bir mətbuat konfransında elan olunub. Hazırda Türkiyə ilə nə qədər müzakirə edildiyini də deyə bilmərəm. Lakin mən Moskvada olarkən cənab Miller (Qazpromun rəhbəri - red) Türkiyə ilə bu layihəyə başlamaq istədiklərini və artıq qaz kəmərinin çəkilişi haqda qərar verdiklərini dilə gətirdi. Yəni 2019-cu ildən sonra Rusiya Ukrayna tranzitindən tamamilə imtina etmək niyyətindədir. Lakin mən Rusiyaya demək istəyirəm: siz etibarlı təchizatçı olmaq istəyirsinizsə, belə bəyanatlardan çəkinin”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm