• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"ABŞ Dövlət Departamentinin hesabatını şişirtmək lazım deyil" - Rəsmi münasibət

  • Nida.az
  • 3 Mart 2014 10:49
  • 454 Baxış
"ABŞ Dövlət Departamentinin hesabatını şişirtmək lazım deyil" - Rəsmi münasibət

"Nəzəri formalar hər yerdə irəli sürülə bilər, hansısa süni kriteriyalar yaradıla bilər. Amma istənilən halda, istər insan hüquqları, istər iqtisadi məsələlər olsun, reallıqları nəzərə almaq lazımdır". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ Dövlət Departamentinin İnsan haqları hesabatında Azərbaycanla bağlı yer alan fikirləri şərh edərkən jurnalistlərə bildirib.

A.Əzimov deyib ki, ikincisi,hər bir məsələyə müəyyən zaman çərçivəsində yaxınlaşmaq lazımdır və mövcud vəziyyəti ondan əvvəlki vəziyyətlə müqayisədə dəyərləndirmək və beləliklə, inkişafı dəyərləndirmək lazımdır: "Üçüncüsü, istənilən halda hər bir cəmiyyətin öz xüsusiyyətləri var. Bunu da nəzərə almaq lazımdır. Digər tərəfdən, nəyi sə təbliğ, yaxud tədris edən bir tərəf, yaxud şəxs özü əvvəl buna uyğun olmalıdır. Hesabatda məruzələri hazırlayan mənbələri də nəzərə almaq lazımdır və heç bir vəchlə deməzdim ki, mənbələr hər bir zaman obyektiv hesab oluna bilər".

A.Əzimov bildirib ki, Azərbaycanda həm hökumət, həm də qeyri-hökumət təşkilatları insan hüquqları ilə məşğuldur: "Fondlardan tutmuş şuralara qədər hökumətin QHT-lərlə əməkdaşlıq etmək üçün kifayət qədər mexanizmləri var".

XİN rəsmisi deyib ki, hesabatda Azərbaycanla bağlı qeyd olunan məsələlər hökumət tərəfindən araşdırılır, qiymətləndirilir. Ancaq bu məsələni şişirtmək lazım deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR