Nida.az
Sergey Balmasov: “Azərbaycanı İŞİD-lə müharibəyə qoşmaq istəyirlər” – ÖZƏL
“Səhnəarxası güclər Azərbaycan və Rusiyanı İŞİD-ə qarşı müharibəyə qoşmaq istəyir”.
Bunu Publika.az-a açıqlamasında Problemli Analiz
Mərkəzinin (PAM) baş analitiki Sergey Balmasov deyib.
Onun sözlərinə görə, İŞİD-in qərargahını Qafqaza köçürməsi haqda
informasiyaların yayılması bu kontekstdə diqqət çəkir: “Bu, növbəti
variantlardan biri hesab oluna bilər. Həqiqətən də, İŞİD rəhbərliyi
Qafqazı öz fəallığının növbəti məkanı kimi görmək istəyir. Bununla
yanaşı, belə bir informasiya səhnəarxası güclərin manipulyasiyası
da ola bilər. Yəni, belə manipulyasiyalarla onlar Azərbaycan və
Rusiyanı İŞİD-ə qarşı müharibəyə qoşmağı düşünürlər”.
S. Balmasov İŞİD-in Qafqaz regionunda aktivləşmə riskinin kifayət
qədər böyük olduğunu da deyib.
“Rusiya üçün Şimali Qafqaz, Azərbaycan üçün isə radikal meyillərin
çox olduğu rayonlar təhlükəlidir. Radikallar Rusiya və Cənubi
Qafqazda gənclərin məşğulluğunun zəif olmasından yetərincə istifadə
edə bilir. İŞİD-in təhlükə yaratdığı digər Qafqaz ölkəsi
Gürcüstandır. Pravoslav Gürcüstanda bu qruplaşmanın sosial bazası
məhdud olsa da, əhalinin çeçen qruplarında əvvəldən mövcud olan
radikal əhvali-ruhiyyə İŞİD-in əsas hədəfi ola bilər”, - deyə o
bildirib.
S. Balmasov hesab edir ki, son vaxtlar “Əl-Qaidə” qruplaşmasından
İŞİD-ə axının müşahidə olunması Qafqaz üçün təhlükəni daha da
genişləndirir:
“Biz son vaxtlar “Əl-Qaidə”dən İŞİD-ə axını müşahidə edirik. Bu
mənada, daha çox “Əl-Qaidə”yə bağlı olan “Qafqaz əmirliyi”nin İŞİD
bayrağı altına keçməsi qanunauyğunluq olardı. Belə olacağı
təqdirdə, onun resursları daha da genişlənəcək və təhlükə
artacaq”.
Asif Nərimanlı
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları