• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rüstəm Usubov: “Bütün cinayətlərin başında Sarkisyan dayanır”

  • Nida.az
  • 22 Aprel 2015 12:36
  • 541 Baxış
Rüstəm Usubov: “Bütün cinayətlərin başında Sarkisyan dayanır”

"Ermənilərin Azərbaycana qarşı törətdiyi terror hadisələri ilə bağlı 32 cinayət işinin istintaqı yekunlaşıb".

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov Strateji Araşdırmalar Mərkəzində (SAM) Oleq Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabının təqdimat mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ötən əsrin 80-ci illərindən başlayaraq hiyləgər erməni terrorizmi ilə üz-üzə qalıb: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonun işğalı zamanı vahimə yaratmaq, kütləvi insan tələfatına nail olmaq məqsədilə Ermənistan xüsusi xidmət orqanları hərbi əməliyyatların keçdiyi ərazilərdən xeyli uzaqda dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə çoxlu sayda terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub. Ermənilərin Azərbaycan ərazisində törətdiyi terror aktlarının ərazisi çox genişdir. Bunu aydın görmək üçün təkcə XX əsrin sonlarında baş verən terror faktlarına nəzər salmaq kifayətdir. Ermənistan hərbi təcavüzlə yanaşı, Azərbaycanın mülki əhalisinə qarşı da geniş terror aktlarından istifadə edib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatıb".

R.Usubov bildirib ki, bütün bu cinayətlərin əsas təşkilatçıları və rəhbərləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan olub: "Bütün bu terror hadisələri ilə bağlı cinayət işlərinin istintaqı aktiv şəkildə davam etdirilir".

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR