Nida.az
Prezident Heydər Əliyev adına İdman Sarayında - VİDEO/FOTO
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimov burada aparılan əsaslı
təmir işləri barədə məlumat verdi.
İnşasına 1977-ci ildə başlanan bu idman qurğusu 1990-cı ildə
istifadəyə verilib. Əvvəllər binada belə yüksək səviyyədə əsaslı
təmir işləri aparılmayıb. Təmir işləri zamanı binanın fasadı da
tamamilə yenilənib. Tacşəkilli olan fasad xüsusi örtüklə üzlənmiş
konstruksiyadan ibarətdir. Fasadı bədii tərtibatda işıqlandırmaq
üçün müxtəlif rəngdə xüsusi lampalar və projektorlar quraşdırılıb,
avtomat idarəetmə mərkəzi yaradılıb.
Dövlətimizin başçısı və xanımı bu idman qurğusunda aparılan
əsaslı təmir işlərinin gedişi ilə dəfələrlə tanış olub, müvafiq
tapşırıq və tövsiyələrini veriblər.
Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların
təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı beynəlxalq
idman federasiyalarının tələblərinə cavab verməsi və
funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər
görülüb. Bu sarayın əsaslı təmiri Avropa Olimpiya Komitəsi,
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi və aidiyyəti
beynəlxalq federasiyaların tələbləri nəzərə alınmaqla yüksək
keyfiyyətlə yerinə yetirilib.
İdman Sarayının məşq zalı ən müasir səviyyədə qurulub. Burada
püşkatma, dopinq yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq
federasiyaların işçi otaqları və kafe, yarış mərkəzi, 40 nəfərlik
iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar
var. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe,
40 nəfərlik konfrans otağı, könüllülər üçün 350 nəfərlik zal və
kafe də yaradılıb.
Əsas zal və korpuslardan ibarət olan İdman Sarayında birinci
Avropa Oyunları zamanı yunan-Roma və sərbəst güləş, həmçinin cüdo
və sambo üzrə yarışlarda qadınlar və kişilər qüvvələrini
sınayacaqlar. Sarayın ümumi tamaşaçı tutumu təmirdən əvvəl 7587
nəfər idisə, indi bu rəqəm 7830-a çatdırılıb. Burada, eyni zamanda,
VIP tamaşaçılar üçün 126, fiziki imkanları məhdud tamaşaçılar üçün
isə 30 oturacaq quraşdırılıb. İdman obyektinin yarış zalları,
mətbuat işçiləri üçün sahələr, yüksək səviyyəli qonaqlar üçün VIP
otaqlar, yarışların gedişinin canlı teleyayımının təşkili mərkəzi
ən müasir səviyyədə yaradılıb.
Əsaslı təmir işlərinin layihəsinin hazırlanması və icrasına
xarici şirkətlərlə yanaşı, yerli şirkətlər və mütəxəssislər də cəlb
olunub. Ümumi sahəsi 54,8 min kvadratmetr olan binada aparılan
əsaslı təmir işləri zamanı daxili kommunikasiya, havalandırma
sistemləri yenidən qurulub, zalların döşəməsinə idman təyinatlı
xüsusi örtük vurulub.
İdman qurğusunda təhlükəsizliyin təmin olunması məqsədilə
müşahidə kameraları və zalların işıqlandırılması üçün 222 müasir
projektor quraşdırılıb. Bina genişzolaqlı internet, müasir akustika
sistemləri, avadanlığın davamlı işləməsini təmin edən
transformator, UPS və generator elektrik sistemləri ilə təchiz
edilib.
Belə müasir idman komplekslərinin istifadəyə verilməsi bir daha
sübut edir ki, “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıqla bağlı
ölkəmizdə qarşıya qoyulan bütün hədəflərə qısa zamanda, həm də
keyfiyyətlə nail olunub. Azərbaycanda idman qurğularının ən yüksək
səviyyədə yenidən qurulması və müasir idman obyektlərinin inşası
beynəlxalq idman qurumları tərəfindən də yüksək
qiymətləndirilir.
Bu gün Azərbaycanda idmana olan dövlət qayğısı, bunun
nəticəsində idmançılarımızın olimpiadalarda, müxtəlif səviyyəli
beynəlxalq yarışlarda qazandıqları böyük nailiyyətlər, paytaxtla
yanaşı, respublikanın hər yerində müasir idman infrastrukturunun
yaradılması gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam
yetişməsində də mühüm rol oynayır. Bütün bu reallıqlar və ilk
Avropa Oyunları ilə bağlı ölkəmizdə görülən işlər Avropa Olimpiya
Komitəsinin birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə
bağlı qərarının düzgün olduğunu bir daha nümayiş etdirir. Belə
mühüm beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirməklə
Azərbaycan həm də növbəti Avropa Oyunlarının standartını müəyyən
edəcək.
AZƏRTAC
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO