“CounterPunch”: Avropa üçün ən yaxşı mənbə Azərbaycan qazıdır
Bizi izləyin

Nida.az

“CounterPunch”: Avropa üçün ən yaxşı mənbə Azərbaycan qazıdır

“İran və “altılıq” ölkələrinin Lozannada apardığı danışıqların nüvə proqramı ilə heç bir əlaqəsi yox idi. Bu, Rusiyanı daha çox təcrid etmək üçün strateji prioritetləri əhatə edirdi”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “CounterPunch” nəşri yazıb.


Nəşr qeyd edir ki, İran qazının Avropada Rusiya qazını əvəz edəcəyi hesab olunur: “Lozanna danışıqları göstərir ki, Vaşinqton öz hökmranlığına ən böyük təhlükə kimi Rusiyanı və onun Avropaya iqtisadi inteqrasiyanı görür. Hansı ki, Lissabondan Vladivostoka qədər azad ticarət zonasının yaranmasına və ABŞ-ın Asiyaya qlobal təsirinin qarşısına keçə bilər. Bu təhlükəni dəf etmək üçün Obama administrasiyası Ukraynanın seçilmiş hökumətini devirdi, rubla spekulyativ hücuma keçdi, neftin qiymətini aşağı saldı və hazırda Ukrayna ordusunun neonasist ekstremistlərinə silaha verir və onlara təlim keçir. Vaşinqton Avropa Birliyi və Rusiya arasında münasibətlərin dağılması üçün hərbi-iqtisadi partnyorlarını məhv etmək hesabına olsa belə, nüvə təhlükəsi riskinə getdi. Obama administrasiyası anlayır ki, Avropa üçün qazın alternativ mənbəyini tapa bilməyəcəksə, o zaman Rusiya blokadası dağılacaq və Rusiya-Avropa Birliyi ittifaqı möhkəmlənəcək. Belə olacağı təqdirdə, Amerika Asiyaya buynuzlarını uzada və dünyada böyük oyunçu statusunu qoruyub saxlaya bilməyəcək. Bu isə Vaşinqtonun kədərli gələcəyi deməkdir”.


“CounterPunch” regionda Azərbaycanın da olduğu yeni ittifaqın elementlərindən bəhs edir.


“İran neft və qaz ehtiyatlarına görə dünyada əsas yerlərdən birini tutur. Bu ölkənin rəsmiləri Avropa enerji bazarına girmək istəklərini gizlətmirlər. İranın neft nazirinin müavini Əli Məcidi Avropa turnesi zamanı bildirdi ki, “Nabucco” layihəsini dirçəltmək lazımdır. O, öz ölkəsinin Avropaya qaz çatdırmağa hazır olduğunu da diqqətə çatdırdı. Bir neçə ay əvvəl bu şəxs Avropa nümayəndə heyəti ilə İran qazının Avropaya çıxarılması marşrutlarını müzakirə etdiyini bildirmişdi. Həmçinin, Qərb İranın “Nabucco” təklifinə müsbət reaksiya verdi. Bu nə deməkdir? Belə çıxır ki, Avropanın enerji təhlükəsizliyində Rusiya İranla əvəz olunur? Əslində İranın nüvə silahı yaratmaq istəyi heç vaxt olmayıb. Bunu ABŞ kəşfiyyatının özü də etiraf edir. Lakin bu ölkəyə qarşı aparılan nüvə kampaniyasının kökündə Yaxın Şərqdə onun güclənməsinin qarşısını almaqdır. Eyni zamanda, İran ABŞ-ın müttəfiqləri Səudiyyə Ərəbistanı və İsrail üçün də geosiyasi təhlükədir.

Çünki Tehran öz müstəqil siyasətində israrlıdır. ABŞ-a isə daha üzüyola və itaət edən İran lazımdır. Hansı ki, biz indi bunu görürük. Biz indi İran qazının Avropaya çıxarılması üçün işlərin aparıldığını da görürük. Lakin bu, təkcə Rusiya-Avropa Birliyi ittifaqını dağıtmayacaq. Bu, regionda İran-Azərbaycan-Türkiyə kimi yeni ittifaqın da doğması deməkdir. İran qazı ən yaxşı variant olaraq Azərbaycan və Türkiyənin inşa etdiyi boru kəmərlərindən keçərək Avropa bazarına çıxacaq”, - deyə məqalədə bildirilib.


Lakin nəşr Avropa üçün ən yaxşı alternativ mənbənin Azərbaycan qazı olduğunu yazır. Belə ki, Azərbaycan qazına yardım kimi İrandan başqa alternativlər tapılmalıdır: “İlk növbədə, İran qazının məlum marşruta qoşulması üçün yeni infrastruktur lazımdır. Digər tərəfdən, Obama administrasiyası nə qədər çalışsa da, İran Asiyaya inteqrasiyasını sürətləndirir və Rusiya ilə Çinin yanında yer alır. Görünən budur ki, ABŞ prosesi dayandıra bilməyəcək. Vaşinqton öz yanaşmalarını dəyişməli, müdaxilə siyasəti yürütməməli, düşmənçilikdən imtina etməlidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm