Əhməd Davudoğlu: “Erməni soyqırımı” deyənlər Xocalı qətliamını unutmasınlar”
Bizi izləyin

Nida.az

Əhməd Davudoğlu: “Erməni soyqırımı” deyənlər Xocalı qətliamını unutmasınlar”

“Ortada son dərəcədə ədalətsiz bir tablo var. Dünya müharibəsində müsəlmanların, türklərin çəkdiyi dərdlər, Balkanlarda böyük köç, Qafqazda vətəndaşlarımızın 1850-ci ildən etibarən yaşadığı çətinliklər unudulur, təkcə bir məsələ xatırlanır. Digər tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi faktı unudulur”.


Publika.az xəbər verir ki, bu barədə Türkiyə Baş naziri Əhməd Davudoğlu “Kanal-24”-ə müsahibəsində deyib.


Onun sözlərinə görə, qondarma “erməni soyqırımı” deyənlər Xocalı qətliamını unutmasınlar: “Lakin bu gün Xocalı qətliamı unudulur. Az qala Azərbaycanın Ermənistandan üzr istəməsi və bu məsələnin unudularaq Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsini istəyirlər. Bizim istəyimiz ortaq bir komissiya qurulması, Qafqazda sülh içində yaşamaq və sərhədlərimizin açılmasıdır. Lakin erməni diasporu bunu qəbul etmir. Mən Amerikaya səfərlərimdə bəzən açıq, bəzən qapalı görüşlərdə diasporla görüşmüşəm. Bizim üzərimizdə heç bir gərginlik yoxdur. Lakin qarşı tərəf çox narahatdır. Onlar belə görüşdən kiminsə xəbər tutmasından qorxurlar”.


Ə. Davudoğlu Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamasının qəbuledilməz olduğunu vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm