Lavrovdan Dağlıq Qarabağ etirafı: “Münaqişənin həlli üçün...”
Bizi izləyin

Nida.az

Lavrovdan Dağlıq Qarabağ etirafı: “Münaqişənin həlli üçün...”

“Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını ən çox Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin qurulması üçün istəyir”.

Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, rəsmi Moskva bu məsələdən çıxış edərək Türkiyə-Ermənistan əməkdaşlığının inkişafına şərait yaratmağa çalışacaq.

“Bir neçə il öncə Rusiya Ankara və İrəvanın təşəbbüsü ilə sərhədlərin açılması, əməkdaşlığın qurulması prosesinə başladı. Bununla bağlı sənədlər hazırlandı. Sənədlər imzalanmışdı, lakin Türkiyədə bu təsdiq olunmadı. Biz qarşıdakı dönəmdə bunun baş verməsi üçün fəal şəkildə işləyəcəyik”, - deyə S. Lavrov qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm