“Borçalıda siyasi repressiyalar hazırlanır” – Vaşinqtondan şok iddia
Bizi izləyin

Nida.az

“Borçalıda siyasi repressiyalar hazırlanır” – Vaşinqtondan şok iddia

“Gürcüstan Daxili İşlər Nazirliyi və xüsusi xidmət orqanları Borçalıda və Tiflisdə fəaliyyət göstərən Qarapapaq və Azərbaycan türklərinin ictimai-siyasi xadimlərinə qarşı saxtalaşdırılmış ittihamlar əsasında siyasi repressiyalar hazırlayırlar”.


Publika.az xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Amerika Qarapapaq Türkləri İttifaqının (AQTİ) sədri Navid Soltanı bəyanat verib.


Onun sözlərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyi Daşqın Gülməmmədov, Əlibala Əsgərov, Əli Babayev və parlamentin deputatı, müxalifətçi fəal Azər Süleymanov haqqında saxta ittihamlar əsasında cinayət işləri tərtib edib: “Biz bu barədə təcili hesabat hazırlayaraq, operativ surətdə ABŞ Dövlət Departamentinə və Senatın bir neçə üzvünə təqdim etmişik. Biz Gürcüstan DİN-nin Qarapapaq və Azərbaycan türklərinin ictimai-siyasi xadimlərinə qarşı repressiyalar həyata keçirmək niyyətinə göz yuma bilmərik”.


Navid Soltani qeyd edib ki, Gürcüstan prezidenti və Baş naziri bu məsələyə aydınlıq gətirməlidirlər.


“Bizi ən çox narahat edən məsələ isə Qarapapaq türklərinin liderlərindən biri olan Daşqın Gülməmmədova qarşı siyasi təqibin davam etməsidir. Gürcüstan xüsusi xidmət orqanlarında elə adamlar var ki, Daşqın Gülməmmədovu fiziki cəhətdən məhv etmək fikrinə düşüblər. Ancaq Gürcüstan rəsmi dairələri bilməlidirlər ki, Daşqın Gülməmmədov və digər ictimai-siyasi xadimlərə qarşı aqressiya yığışdırılmasa, siyasi repressiylara yol verilsə, bu həm Vaşinqtonda, həm Türkiyədə, həm də Azərbaycanda geniş qalmaqala səbəb olacaq. Əminəm ki, Gürcüstan prezidenti və baş naziri Borçalıda hazırlanan siyasi repressiyalardan xəbərdar deyillər. Bu məsələlərə onlar təcili müdaxilə etməlidirlər”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm