İlham Əliyev İsrail prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev İsrail prezidentini təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrail Prezidenti Reuven Rivlinə təbrik məktubu göndərib.

Məktubda deyilir:

İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Reuven Rivlinə

Hörmətli cənab Prezident,


İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.


İnanıram ki, Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.


Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm