Pənah Hüseyn deputat olmaq istəyir
Bizi izləyin

Nida.az

Pənah Hüseyn deputat olmaq istəyir

Sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bu il keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürəcək.


Bu barədə Publika.az-a danışan P. Hüseyn bildirib ki, onun da təmsil olunduğu “Azadlıq-2015” seçki bloku 2015-ci il parlament seçkilərində iştirak qərarı verib.


“Hazırda dairələr üzrə namizədlərin müəyyənləşməsi prosesi gedir. Mən özüm də yaxın günlərdə hansı dairədən namizəd olacağımı açıqlayacam”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm