“Olland Bakını anti-Rusiya koalisiyasına qoşmağa cəhd edəcək” - İDDİA
Bizi izləyin

Nida.az

“Olland Bakını anti-Rusiya koalisiyasına qoşmağa cəhd edəcək” - İDDİA

“Adətən, nüfuzlu siyasətçilər xarici səfərlərini turne olaraq təşkil edirlər. Fransua Ollandın Ermənistana, daha sonra Azərbaycana səfəri də bu qəbildəndir. Lakin region üçün mühüm məsələlərin müzakirəsi də gündəmdədir”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı analitik Vitali Arkov deyib.


Onun sözlərinə görə, Fransa Qərbdə Ermənistanın əsas lobbisi olan ölkədir: “Lakin Cənubi Qafqazın ən nüfuzlu dövləti olan Azərbaycanla dialoq Fransanın, həmçinin bütün Avropa Birliyinin maraqlarına uyğundur. Mənə Bakıda İlham Əliyevlə Ollandın konkret nələri müzakirə edəcəyi məlum deyil. Amma ehtimal etmək olar ki, müzakirələrdə Qarabağ məsələsi xüsusi yer tutacaq. Eyni zamanda, TANAP layihəsinin reallaşması, Şərq Əməkdaşlığının Riqa sammitində Azərbaycanın iştirakı, İranla “altılıq” ölkələri arasında razılıqla bağlı Bakının mövqeyi, beynəlxalq terrorizmə qarşı müzakirə və xüsusilə İŞİD təhlükəsi gündəmdə olacaq”.


V. Arkov qeyd edib ki, Olland Bakının anti-Rusiya koalisiyasına qoşulması üçün də cəhdlər edəcək.


“Hesab edirəm ki, Olland Bakıda öz şəxsi fikrini, yaxud fransızların mövqeyini deyil, Avropa Birliyi liderlərinin məcburi də olsa qəbul etdikləri ABŞ-ın mövqeyini dilə gətirəcək”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm