Səfir Türkiyənin ən önəmli tarixini açıqladı
Bizi izləyin

Nida.az

Səfir Türkiyənin ən önəmli tarixini açıqladı

"Türkiyədə ən önəmli tarixlərdən biri 24 aprel Türkiyənin Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd etməsi olacaq".

Publika.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun bu gün Bakıda keçirilən "Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfransda çıxışı zamanı bildirib.

Səfir 100 il əvvəl Çanaqqalada baş vermiş türklər üçün ölüm-qalım döyüşünü yad etdiklərini söyləyib: "Bu elə bir an idi ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk əmanətindəki əsgərlərə ölməyi əmr etmişdi. Bu əmri yerinə yetirən türk əsgərləri də azərbaycanlı qardaşlarını hər an yanlarında, onlarla çiyin-çiyinə görüblər. 1918-ci ildə Azərbaycanda Qafqaz İslam ordusu ilə birlikdə burda olan Anadolulu əsgərləri kimi, Azərbaycanlı qardaşlarımız da bu məqsədlə mübarizədə onların yanında olmuş, onlarla birlikdə getdikləri bu yolda şəhidlik zirvəsinədək ucalmışlar. Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin anılması münasibəti ilə bir çox önəmli tədbirlər keçirilir. Biz bununla dünyaya sülh mesajı vermək niyyətindəyik”.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun onu da qeyd edib ki, hər il ortaq türk tariximizə qarayaxmaların şahidi oluruq: “Biz Çanakkala savaşında Qərb dövlətlərinin torpaqlarımıza hücumuna baxmayaraq, dünyaya bir barış mesajı göndərməyə çalışırıq. Tarixdən düşmənçilik dərsi götürmürük. Bu gün 1915-ci il hadisələri Türkiyəyə qarşı meydan oxuması kimi anlaşıla bilər. Ancaq əslində bu gün Türkiyə bu iddiaların yalan olduğu barədə dünyaya meydan oxumaqdadır. Əgər biz 1915-ci il hadisələrinin araşdırmaq istəyiriksə, anlamaq istəyiriksə, çox daha əvvələ qayıtmalıyıq. Həmin dövrdə Osmanlının hansı şəkildə bölüşdürülməsi haqqında planlardan məlumatlı olmalıyıq. Avropa Parlamentinin “soyqırım”la bağlı qərarına baxıdqda, tarixi siyasətə çevirmək üçün ermənilərdən bir alət kimi istifadə etdikləri görünür. Beynəlxalq aləmin məqsədi ədalətdirsə, Qarabağda, Xocalıda yaşanılan bütün faciəvi qətliamları anlamaq və ondan dərs çıxarmaq lazımdır. Ümid edirik ki, 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı olan bütün təşəbbüslər boşa çıxar. Biz öz tarixçilərimiz, o cümlədən erməni tarixçiləri ilə bütün fikirləri, tarixi faktları ortaya çıxararaq, bir ortaq nöqtəyə varmalıyıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm