BAXCP "Türk əsgəri"ni ziyarət edəcək
Bizi izləyin

Nida.az

BAXCP "Türk əsgəri"ni ziyarət edəcək

BAXCP aprelin 24-də saat 11:00-da Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək.

Bu barədə Publika.az-a açıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı məlumat verib.


Onun sözlərinə görə, BAXCP 2007-ci ildən bu günə qədər abidəni ziyarət edir: “BAXCP hesab edir ki, aprelin 24-ü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd olunmalıdır. Bu səbəbdən də BAXCP artıq 7 ildir ki, Türk Əsgəri Abidəsinə əklil qoyur və onu ziyarət edir. Bu il həm də Çanaqqala zəfərinin 100 illiyi olduğu üçün BAXCP siyasi təşkilatları, ictimaiyyət nümayəndələrini bu tədbirə qatılmağa dəvət edir. Sabah ziyarətdən sonra BAXCP Ali Məclisinin sessiyasında Çanaqqala səfərinin 100 illiyi ilə bağlı tarixçi alim Vaqif Abışov geniş məruzə ilə çıxış edəcək. Artıq bu məsələ sessiyanın gündəliyinə də salınıb. Biz bunu bir mənəvi borc bilirik. Çanaqqala zəfəri tək Anadolu türklərinin tarixi qələbəsi deyil, o həmçinin bütün türk dünyasının qələbəsidir. Bizlər də bu qələbəni birgə qeyd etməliyik”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm