Onur Öymən: “Ankara və Bakı erməni yalanlarını alt-üst etməlidir”
Bizi izləyin

Nida.az

Onur Öymən: “Ankara və Bakı erməni yalanlarını alt-üst etməlidir”

“Ermənilər bu gün dünya güclərinə yarınaraq özlərinin türkləri qətlə yetirməsini, Xocalıda törətdiklərini, Azərbaycan torpaqlarını işğal etdiklərini unutdurmağa çalışır”.


Bunu Publika.az-a açıqlamasında CHP başqanının keçmiş müavini, London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü Onur Öymən deyib.


Onun sözlərinə görə, bu gün dünya gücləri ermənilərdən Türkiyəyə qarşı siyasi alət kimi istifadə edir: “Ermənilər də bilə-bilə bu prosesdə alət olmağa razılıq verirlər. Onlar nə vaxtsa Türkiyədən torpaq, təzminat alacaqları xəyalı ilə yaşayırlar. Lakin bu heç vaxt baş verməyəcək. Çünki beynəlxalq hüquqda belə bunun adı yoxdur”.


O. Öymən qeyd edib ki, bir soyqırım varsa, bu da Xocalıda ermənilərin törətdiyi qətliamdır: “Bunu hər kəs bilir. Lakin təəssüf ki, dünyanın ədalət sistemi həqiqəti etiraf edəcək qədər işləmir. Biz gərək dünyanın öz dili ilə danışaq və diplomatik həmlələri gücləndirək. Çünki nə qədər sussaq, bir o qədər başımıza çıxacaqlar”.


Türkiyəli analitik aprelin 24-də Türkiyə və Ermənistanda keçiriləcək tədbirlərə də münasibət bildirib.


“Ermənistan cəmi 4 siyasi lideri qarşılayacaq. Hansı ki, Fransa prezidenti və Rusiya prezidentinin İrəvana getməsi təəccüblü deyil. Yunan Kiprinin rəhbərinin İrəvana getməsi də bəllidir. Bir də Serbiya prezidenti gedəcək. Lakin Çanaqqala törəninə dünyanın əksər ölkəsindən birinci şəxslər təşrif buyurur. Bunun özü də haqlının kim olduğunu göstərir. Lakin biz işimizi qonşuya tapşırmamalıyıq və haqlı davamızı ən müxtəlif vasitələrlə aparmalıyıq”, - deyə bildirib.


O. Öymən Azərbaycan Prezidentinin Çanaqqalada Türkiyəni tək buraxmamasının çox önəmli olduğunu deyib: “Türkiyə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Bu həm də digər türkdilli ölkələrə nümunədir. Hesab edirəm ki, Ankara və Bakı ədalətsiz dünyaya qarşı birgə dirəniş göstərməli, ermənilərin yalanlarını alt-üst etməlidirlər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm