Nida.az
Türkiyədə İlham Əliyev Parkının təməli qoyulub
Türkiyənin İzmit şəhərinin yüksəkliyində yerləşən ən səfalı yerlərdən birində Azərbaycan dövlət başçısının şərəfinə İlham Əliyev Parkı salınır.
Aprelin 22-də parkın təməlqoyma mərasimi olub. Parkın salınması
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) layihəsi
əsasında İzmit bələdiyyəsi tərəfindən reallaşdırılır. Parkın
ərazisində Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslərin,
ictimaiyyətin görkəmli nümayəndələrinin, elm və sənət adamlarının,
mədəniyyət xadimlərinin, QHT rəhbərlərinin, KİV təmsilçilərinin və
məktəblilərin iştirakı ilə ağaclar əkilib.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh
Hacıyev, TADEF-in sədri Bilal Dündar, İzmit bələdiyyəsinin sədri
Nevzət Doğan mərasimdə çıxış ediblər. Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan danışılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti başçısının güclü siyasi
iradəsi, gələcəyə aydın baxışı əsasında reallığa çevrilən iqtisadi
layihələr böyük bir regionda sürətli inkişafa, əhalinin rifahının
yüksəlməsinə səbəb olub. Parkın salınmasında məqsəd Prezident İlham
Əliyevə insanların məhəbbətini əks etməkdir.
Məlumat verilib ki, geniş sahəni əhatə edən parkda idman, əyləncə,
səhiyyə, insanların rahat istirahəti üçün müxtəlif guşələr
yaradılacaq.
AZƏRTAC
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK