• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Avropanın enerji xilası ABŞ və Azərbaycandır” – Ağ Ev Bakıya qiymət verməyə çağırıldı

  • Nida.az
  • 23 Aprel 2015 18:35
  • 1 396 Baxış
“Avropanın enerji xilası ABŞ və Azərbaycandır” – Ağ Ev Bakıya qiymət verməyə çağırıldı

ABŞ-ın “The Hill” nəşri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı roldan bəhs edən məqalə dərc olunub.


Publika.az xəbər verir ki, məqalədə Ağ Ev Bakıya qarşı qərəzli mövqeyinə görə tənqid olunub.


“Ötən ay Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri yeni boru kəməri olan TANAP-ın təməlini atdı. Azərbaycan təbii qazını Avropaya aparacaq 1850 kilometr uzunluğunda olan bu kəmər 11 milyard dollara tamamlanacaq və 2018-ci ildən sonra Gürcüstan və Türkiyədən keçməklə Avropa bazarına mavi yanacağı daşıyacaq. TANAP Azərbaycan və Türkiyənin müəllifi olduğu layihədir. TANAP-ın daşıyacağı 16 milyard kubmetr Azərbaycan qazının 6 milyardı Türkiyəyə, yerdə qalan hissəsi isə Avropaya çıxarılacaq. Bu da Rusiya qazına olan tələbatı qismən də olsa azaldacaq”, - deyə məqalədə bildirilir.


“The Hill” neft və təbii qaz istehsalçısı olan Azərbaycanın intensiv inkişafının Avropanı heyran etdiyini qeyd edir. Məqalədə qeyd olunur ki, Azərbaycan Rusiya ilə müqayisədə daha etibarlı tərəfdaşdır: “Azərbaycan qazına Qərb ölkələri çox diqqət yetirməlidir. Çünki Rusiya bu ölkənin qazını alaraq özü satmaq istəsə, bu Avropanın ömrü boyu asılı qalacağı deməkdir. Hazırda Cənubi Qafqazda yeni qaz yataqları və TANAP Rusiyanın qıcıqlandırır”.


Məqalədə bildirilir ki, Azərbaycan Birləşmiş Ştatların neft və təbii qaz istehsalçısı olaraq ən yaxın dostudur: “Bu ölkə bəlkə də müsəlman ölkələri arasında ən mülayim və dözümlü olanıdır. Azərbaycan Sovet İttifaqının dağılmasından sonra Rusiyanın hücumlarından zərər çəkib. Faktiki olaraq Rusiyanın dəstəyi ilə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayır”.


Nəşr Avropaya Rusiya qazından qurtulmağının yolunu təqdim edir. Bu, ABŞ və Azərbaycandır. Belə ki, Amerikada kifayət qədər neft və qaz yataqları var: “Lakin Konqres 1970-ci ildə bu enerjinin istehsalına və satışına qadağa qoyub. Hazırda ABŞ-da şist qazının istehsalı istiqamətində ciddi iş aparılır. Azərbaycan və ABŞ-da böyüyən təbii qaz istehsalı Avropanı Rusiya qazından xilas edə bilər. Lakin ABŞ Azərbaycan kimi bir tərəfdaşını incitməyə və öz imperiya ambisiyalarına son qoymalıdır”.


Asif Nərimanlı




Xəbər lenti

DAHA ÇOX XƏBƏR