“Erməni soyqırımına” böyük zərbə - Rusiyada
Bizi izləyin

Nida.az

“Erməni soyqırımına” böyük zərbə - Rusiyada

Rusiya Federasiyası Komi Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporunun müdaxiləsi ilə qondarma “erməni soyqırımının” 100 illiyinin keçirilməsinin qarşısı alınıb.


Bu barədə Publika.az-a Komidə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri, Uxta şəhər şurasının üzvü Həsən Qasımov məlumat verib.


Onun sözlərinə görə, Uxta şəhərində erməni diasporu qondarma “erməni soyqırımının” 100 illiyinin təntənəli şəkildə respublika səviyyəsində keçirilməsi üçün şəhər şurasında məsələ qaldırıb.


Lakin “Azərbaycan” cəmiyyətin və azərbaycanlı digər fəalların məsələyə müdaxiləsindən sonra ermənilərə rəsmi olaraq rədd cavabı verilib.


Həsən Qasımov bu cür tədbirlərin Komidə yaşayan xalqlar arasında nifaq salmağa xidmət etdiyini bildirib. O, Roma Papasının mövqeyini pisləyib və din xadimi üçün bağışlanılmaz səhv olduğunu bəyan edib.

H. Qasımov Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni heç bir həqiqəti özündə əks etdirməyən və I Dünya müharibəsinin real tarixi hadisələri təhrif edən qərar olduğunu qeyd edib.

Qeyd edək, Komi Respublikasında Azərbaycan cəmiyyəti 1998-ci ildən aktiv fəaliyyət göstərir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm