Amerikalı tarixçi: “Türklər saxta “soyqırım” iddiasına fikir verməməlidir” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Amerikalı tarixçi: “Türklər saxta “soyqırım” iddiasına fikir verməməlidir” – MÜSAHİBƏ

Ermənilər bu gün qondarma “soyqırımın” 100 illiyini qeyd edirlər. Bunun tarix və beynəlxalq hüquq baxımından nə qədər saxta olduğu faktı mövcud olsa da, hazırda dünya gücləri bundan siyasi alət kimi istifadə edir.
Osmanlı ordusu və I Dünya müharibəsi üzrə hərbi tarixin ən mötəbər araşdırmaçılarından olan amerikalı tarixçi Edvard Erikson isə erməni iddialarının başdan-ayağa yalan olduğunu deyir.


Publika.az E. Eriksonun Türkiyə mediasına verdiyi müsahibəni təqdim edir.


- O zaman əslində nə baş vermişdi?


- Osmanlı hökuməti 400 min ermənini yaşadıqları ərazilərdən bugünkü Türkiyənin qərbindəki yerlərə köçürdü. Buna məcbur idilər. Ermənilər əsasən Şərqdəki altı vilayətdə və ordunun kommunikasiya xətləri olan yerlədə yaşayırdı. Hökumət və Osmanlı ordusu ermənilərin rusları dəstəkləməsinin, daxildən mərkəzə qarşı qiyam etməsinin qarşısını ala bilmirdi və bu ölkənin bütünlüyünü qorumaq üçün atılan addım idi.


- Tarixi məlumatlara görə, osmanlılar erməni üsyanını yatırtmaq üçün yeni üsula əl atıb.


- Osmanlı hökuməti ilk dəfə idi ki, baş verən üsyanı yatırtmaq gücündə olan hərbi qüvvəyə malik deyildi. Ənənəvi olaraq Osmanlı dövləti üsyanları ordunun gücü ilə yatırırdı. 1915-ci ilin baharında isə ordu normal vəziyyətdə deyildi. Hərbiyə Nəzarət Nazirliyi məcbur olaraq alternativ həll yolu tapmaq məcburiyyətində qaldı. Həll yolu olaraq ermənilərin Şərq cəbhəsindən çıxarılması seçildi. Bu variant Osmanlı dövləti üçün yeni idi. Lakin böyük dövlətlər tərəfindən çox yayılmış həll yollarından biridir.

Misal üçün, İspaniya Kubada, Amerika Filippində, İngiltərə Boer Cümhuriyyətində köçürmə siyasətini aparıblar. Yəni 1915-ci ildə Osmanlı dövləti üsyanın qarşısını almaq üçün seçdiyi köçürmə yolu ilə təzə nəsə icad etməmişdi. Bu variant böyük dövlətlər tərəfindən I Dünya müharibəsindən əvvəlki dövrlərdə də istifadə olunmuşdu. Bir şeyi də unutmamalıyıq. Osmanlı dövləti erməniləri birdəfəlik köçürməmişdi. Müharibədən sonra evlərinə qayıtmalarını istəyirdi.


- Yəni ermənilər ruslarla birgə hərəkət etməsəydilər, köç də olmazdı.


- Məncə, Andranik, Dro, Boqos Nubar kimi ermənilər ruslarla, ingilis və fransızlarla yaxınlıq etməsəydilər, köç də olmazdı. 1914-cü ildə Osmanlı erməniləri dövlətin qanunlarına bağlı qalması və dövlətə dəstək vermələrinin faydalı olduğunu düşünürdü. Lakin bəzi təxribat meylliləri hər şeyi bərbad etdi. Mən siyasi, humanizm, yaxud sosial araşdırmaçı yox, bir hərb tarixçisiyəm.

Hətta 1915-ci il erməni köçünü dünya müharibəsi ilə bağlı olduğunu müdafiə edən ilk hərbi tarixçiyəm. Düzdür, köç zamanı ermənilər itkilər verdi. Lakin bu hər hansı məqsədli qırğın, yaxud indi iddia olunduğu kimi “soyqırım” deyildi. Osmanlı zəifləmişdi və köçürülən erməniləri tam təmin edə bilmirdi. Eyni zamanda, həmin vaxt Osmanlı daxilində qarışıqlıq mövcud idi və quldur dəstələrinin də köçə hücum etdiyi zamanlar oldu. Lakin buna “soyqırım” demək tələsik qərardan başqa bir şey deyil.

Dediyim kimi, Qərbi Anadoluda erməni üsyançıları Osmanlı ordusunun kommunikasiya xətlərini bağlaya biləcək gücdə idilər. Bu, ruslara qarşı döyüşən ordunun qida və silahla təchizatının qarşısını almaq demək idi. Arxa cəbhədən gələn yardımın qarşısını ermənilər alırdı. Əgər tamamilə buna maneə ola bilsəydilər, ordu ruslara məğlub olacaqdı. Osmanlı dövləti 1915-ci ildə bunun gerçəkləşdiyini gördü və köçə qərar verdi. Çünki Osmanlı ordusunun komandirləri ermənilərin düşmən fəaliyyətlərini və ruslarla koordinə edilmiş addımlarını görürdülər. Rus ordusu içində erməni legionu vardı və bunun mövcud olduğu bir vaxtda daxildəki ermənilər üsyana qalxdı. Burda əlaqələr mövcud olmamış deyildi.


- Türkiyə hökumətinin hazırkı mövqeyini necə qiymətləndirirsiniz?

- Türkiyə həqiqətin ortaya çıxması üçün ortaq araşdırmanı təklif edir. Prezident Rəcəb Tayyip Ərdoğan ortaq bir tarixi komissiyanın 1915-ci il olaylarını araşdırmasını təklif etdi. Yəni, Türkiyə hökuməti “ola bilməz” yox, “nə olduğunu tarixçilər araşdırsın” deyir. Fikrimcə, bu, yaxşı mövqedir.


- Sizcə, erməni iddialarının yayılmasına qarşı Türkiyə dövlətinin diplomatik yanaşması necə olmalıdır?


- 1915-ci ildə Türkiyə Cümhuriyyəti yox idi. Səmimi olaraq deyə bilərəm ki, ittihamlara qulaq asmamalıdır.


- Hər şey bu qədər bəsitdirsə, nə üçün qulaq asmadan keçib getmir?


- Çünki bu, türk milli qüruruna toxunan bir məsələdir. Bugünkü türklər atalarının bir “soyqırım” törədə biləcək insan olmadıqlarını bilir və heç kimin bunu deməyə haqqının olmadığı fikrini müdafiə edirlər. “Erməni soyqırımının” parlamentlər tərəfindən tanınması da beynəlxalq məhkəmə qərarından çox fərqlidir. Hüquq baxımından, Türkiyədən hər hansı təzminat tələb etməyin mümkün olmadığını düşünürəm. Misal üçün, o vaxtkı Qərbi Prussiyadakı evindən 1945-ci ildə sürgün olunan bir alman onu geri ala bilirmi? Bugünkü Arizona əyalətində vaxtilə ailəsinə məxsus torpaqların olduğunu bilən bir meksikalı bunu istəyə bilirmi? Amerika hinduların 90 faizini qırdı, buna görə onlar təzminat verirlərmi?
Yəni, bu tip məsələlər beynəlxalq məhkəmələrin uzaq durmağa çalışdığı məsələlərdir.


- Bəs bu gün bir çox ölkənin parlamenti “erməni soyqırımını” inkara qadağa qoyan qanunlar qəbul edir. Bunu necə qarşılamaq olar?


- Parlamentlər tarix haqda qanun çıxara bilməz. Tutalım ki, bir dövlətin parlamenti “erməni soyqırımını” tanıyan qanun çıxarır. Nə baş verir ki? Türkiyə və türklər bunlara fikir verməməlidir.


- Amerikada “erməni soyqırımını” inkara görə cəzanın qəbul olunması ehtimalı varmı?


- Konqres belə bir qanun çıxaracağı halda, Türkiyə İncirlik bazasını bağlayar. Bunu yaxşı anlayan Konqres belə bir addımı heç vaxt atmaz.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm