"Slavyan – Türk Birliyi" Krım hadisələri barədə bəyanat verdi - MƏTN
Bizi izləyin

Nida.az

"Slavyan – Türk Birliyi" Krım hadisələri barədə bəyanat verdi - MƏTN


Ukraynada məlum hadisələrlə əlaqədar "Slavyan – Türk Birliyi" hərəkatının rəhbərliyi bu ölkənin bəzi regionlarında millətçilik təzahürləri ilə bağlı dərin narahatçılığı ifadə edir. Publika.Az-ın verdiyi xəbərə görə, hərəkatın yadığı bəyanatda deyilir:

"Ən böyük təəssüf doğran odur ki, yaxın vaxtlara qədər əsasən Ukraynanın qərb - "Sağ sektor" deyilən ərazilərində müşahidə olunmuş millətlərarası ədəvətin məqsədyönlü qızışdırılması siyasəti Krım Muxtar Respublikasının ərazisinə keçdi və burada etnik qarşıdurmaya çevrildi. Belə ki, Krımda son günlərdə Krım-tatar və rus əhalisinin nümayəndələri arasında qarşıdurmanı ocaqları müşahidə olunur.

Biz əminik, belə durum birgə yaşamanın zəngin tarixinə malik olan hər iki bu xalqa zərər verir. Bu tarix dramatikdir, — bəzən faciəvidir, — amma bununla yanaşı onun gələcək üçün heç bir alternativləri yoxdur.

Krımın Muxtar Respublikasının milli mənsubiyyətindən və dindən asılı olmayaraq bütün vətəndaşlarını ehtiyatlılığa və dözümə çağırırıq.

Biz əminik: Krımda əmin-amanlığı əsasında qarşılıqlı anlaşma , ruslarla tatarların və ukraynalıların arasındakı mehriban münasibətlər dayanır. Yaranmış vəziyyətdə biz ukraynalıları, rusları, tatarları — bütün xalqları sayıq olmağa və qarışıqlıqlara son qoymağa çağırırıq. Krımın qardaş xalqlarına bu gün yaranmış vəziyyətdən ləyaqətlə çıxmağı arzu edirik".

Hərəkatın rəhbəri Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm